Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AZAL-ın vitse-prezidentinin oğlunun Britaniyadakı şirkətləri üzə çıxdı - Siyahı, Fotolar

Cahangir Əsgərovun 1-ci müavini Sabir İlyasovun oğlu Elmar İlyasov da Londonda aviasiya ilə bağlı iki şirkətin rəhbəridir. Elmar İlyasov İngiltərə vətəndaşıdır, bu ölkədəki şirkətlərini 10 il bundan əvvəl təsis edib.

Bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, 1972-ci il təvəllüdlü Elmar İlyasov Londondakı şirkətlərini 22 mart 2010-cu il tarixində Britaniya Şirkətlər Evində qeydiyyatdan keçirib.

"Bunlardan biri FLYBAKU LIMITED dormant tipli kampaniyadır. Bu tip şirkətlər fəaliyyətsiz şirkət hesab olunur, onlar ticarət reyestrinə daxil edilir, adı, nizamnamə sənədləri, qeydiyyata alınan ölkənin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxsin digər atributları vardır, lakin şirkətin dövriyyəsi olmur. Daha doğrusu "passiv şirkətlər" maliyyə hesabatlarını ümumiyyətlə təqdim etmirlər və ya məhdud bir şəkildə təqdim edirlər. Bu maliyyə hesabatlarının tələb olunduğu ölkələrdə xərcləri azaltmağın bir yoludur.

Maraqlıdır ki, eyni adla Azərbaycanda da səyahət şirkəti fəaliyyət göstərir. "FLYBAKU TRAVEL" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakıda 2016-cı ildə dövlət qeydiyyatına alınıb.

AZAL vitse-prezidentinin Londonda qeydiyyatdan keçirdiyi digər şirkət AIR ALLY LIMITED hava nəqliyyatı ilə bağlı müvafiq xidmətləri həyata keçirir. Şirkətin 2019-cu il maliyyə hesabatına görə aktivləri 434.246 funt sterlinq göstərilib.

Hər iki şirkət Devonshire House, 582 Honeypot Lane, Stanmore, Middlesex, HA7 1JS ünvanında hüquqi qeydiyyatdadır.

Sabir İlyasov 16 may 2008-ci ildən AZAL-ın birinci vitse-prezidenti təyin edilib. O bu ilin əvvəlində 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar