Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afina-Ankara qarşıdurması - Yunansıtan Türkiyəni nəyə təhrik etmək istəyir?

Aralıq dənizində beynəlxalq gərginliklə müşahidə olunan qarşıdurmanı şərh müşahidəçilər iki NATO ölkəsinin toqquşmasını da istisna etmirlər...

Politoloq: “Türkiyə idə artıq 10 il əvvəlki Türkiyə deyil. Türkiyə ABŞ və yaxud da NATO-nun sözü ilə oturub duran ölkə deyil”.

“Yunanıstanın keçmiş xarici işlər naziri də bu sənədin beynəlxalq hüquq nöqteyi-nəzərdən çox zəif olduğunu bildirib. O həmçinin bu sənədi imzalayan Yunanıstanın xarici işlər nazirini sənədi oxumadığını da iddi edib”.

Bu sözləri politoloq Natiq Miri Türkiyə ilə Yunanıstan arasında baş verənləri PİA.az-a şərh edərkən qeyd edib.

Tarixən heç də normal olmayan Türkiyə-Yunanıstan münasibətləri son zamanlar getdikcə gərgin fazaya daxil olur. Müşahidəçilərin fikrincə Türkiyənin Şimali Kiprə ordu çıxarmasından bu yana iki ölkə arasındakı münasibətlər heç bir zaman bu qədər gərgin olmayıb.

Xatırladaq ki, Türkiyənin Aralıq dənizinə göndərdiyi “Oruc Rəis” seysmik tədqiqat gəmisi üçün “Navteks” elan etməsi Yunanıstanda sərt reaksiya ilə qarşılanıb. Yunanıstanın ana sərhəddindən 580 km aralıda yerləşən 10 kvadrat kilometr sahəsi olan Meis adasını bəhanə edən Afina Türkiyəni onun su sərhədlərini pozmaqda günahlandırıb. Türkiyə XİN isə bu ittihamlara sərt cavab verərək Navteks elan etdiyi su hövzəsinin xəritəsini paylaşıb.

Həmçinin Aralıq dənizindəki mübahisəli qaz yataqları ilə bağlı Yunanıstan BMT-nin məhkəməsinə müraciət edib.Bununla yanaşı Yunanıstan tərəfi münqaişənin hərbi yolla həlini də mümkün hesab edir.

Yunanıstanın iddialarına Türkiyənin Xarici İşlər və Milli Müdafiə Nazirlikləri cavab verib. Müdafiə Nazirliyi sosial media hesabında yaydığı məlumatda bildirib ki, “Oruc Rəis” gəmisini Türk Silahlı Qüvvələrinin Dəniz Donanmasına məxsus 5 hərbi gəmi müşayiət edir.

Türkiyənin hərbi və iqtisadi hərəkətliliyindən narahat olan Yunanıstanın baş nazir Kiriakos Mitsotakis Milli Təhlükəsizlik Şurasının təcili iclasını keçirəcək. Aralıq dənizində beynəlxalq gərginliklə müşahidə olunan qarşıdurmanı şərh müşahidəçilər iki NATO ölkəsinin toqquşmasını da istisna etmirlər.

Bu münaqiçə necə sonlana bilər? İki NATO ölkəsi arasında Aralıq dənizinin təbii ehtiyyatları üzərində hərbi qarşıdurma mümkündür?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edir.

Natiq Miri: “Düşünmürəm ki, Yunanıstan bu cür təxribatlar törətməklə Avropa Birliyini və NATO-nu birtərəfli olaraq öz tərəfinə çəkə biləcək”.

NATO-nun Türkiyə və Yunanıstanın hərbi cəhətdən toqquşmasına imkan verməyəcəyini düşünən politoloq PİA.az-a açıqlmasında bildirib ki, sadəcə olaraq Yunanıstan məsələni hərbi gərginlik müstəvisinə daşımaqla dolayısı ilə NATO-nun və digər dünya güclərinin prosesə müdaxilə etməsini istəyir. Yunanıstan bu güclər vasitəsilə Türkiyəni Aralıq dənizindəki kəşfiyyat işlərindən çəkindirmək istəyir:

“Beynəlxalq hüquqa və dənizlər haqqında beynəlxalq konvensiyaya diqqət etsək görəcəyik ki, Türkiyə tərəfi dəniz sərhədləri ilə bağlı çox düzgün addım atır. Düşünürəm ki, Liviya ilə Türkiyə arasında dəniz sərhədləri sazişi beynəlxalq hüquqa uyğundur və Türkiyənin fəaliyyəti də bu müqaviləyə əsaslanır.

Yunanıstan bu bölgələrdə enerji daşıyıcılarının axtarışı ilə məşğul olan “Oruc Rəis”gəmisinin göndərilməsini əngəlləmək üçün Misirlə təcili olaraq sənəd imzaladı. Bu sənəd də beynəlxalq hüquqa ziddir. Hətta Yunanıstanın keçmiş xarici işlər naziri də bu sənədin beynəlxalq hüquq nöqteyi-nəzərdən çox zəif olduğunu bildirib. O həmçinin bu sənədi imzalayan Yunanıstanın xarici işlər nazirini sənədi oxumadığını da iddi edib. Faktlar onu göstərir ki, imzalanan sənəd sadəcə olaraq Türkiyəni bütün bu məsələlərdən çəkindirmək xarakteri daşıyır. Yunanıstan təcili qaydada bu cür addım atmaqla əslində Türkiyənin qarşısını almaq istəyir.

Bundan əvvəl Yunanıstan tərəfindən hətta Almaniyaya da müraciət olunmuşdu ki, Türkiyə ilə danışsın və bu proses dayandırılsın. Almaniya kansleri Merkel prosesə müdaxilə etsə də, sonrdan geri çəkildi. Çünki əslində Merkelə Yunanıstan tərəfindən verilən söz tutulmadı. Ankarada Türkiyə ilə danışıqlar getdiyi zamanda Yunanıstanın xarici işlər naziri Misirə səfər etdi. Heç kəsə bəlli olmayan və heç bir hüquqi gücü olmayan bir sənəd imzalandı.

Açığı bu sənədin necə imzalanmasının özü bir müəmmaya çevrilib. Hətta sənədin müddəaları ilə Yunanıstanın xarici işlər nazirinun tanış olub-olmaması bu gün müzakirə obyektidir. Bu sənədin imzalanması Yunanıstanın yeni hökümətinin xarici siyasətdə nə qədər naşı olduğunu ortaya qoydu.

Natiq Miri: “Yunanıstanla danışıqların dərhal dayandırılması ilə bağlı Türkiyə prezidenti Ərdoğanın göstərişi var və artıq danışıqlar dayandırılıb”.

İndi də bu cür sərt ritorikalar səsləndirməklə Yunanıstan Türkiyənin qarşısını almaq istəyir. Amma Türkiyə haqlı iddialarından vaz keçəcək kimi görünmür. Yunanıstanla danışıqların dərhal dayandırılması ilə bağlı Türkiyə prezidenti Ərdoğanın göstərişi var və artıq danışıqlar dayandırılıb. Paralel olaraq da bir gəmi enerji daşıyıcılarının axtarışı üçün bölgəyə göndərilib. Həmçinin NATO-nun özü də orada enerji daşıyıcılarının axtarış ilə bağlı prosesin başlanacağını xəbərdarlıq edib.

Bildiyimiz kimi kəşfiyyat gəmiləri bölgəyə təkbaşına getmir. Türkiyənin hərbi donanması kəşfiyyat gəmilərini müşayiət edir. Bu gün Türkiyə həm havadan, həm də dənizdən axtarış gəmisini müdafiə etməkdədir. Ona görə də hər hansı bir ölkənin bu prosesə müdaxiləsi ağlabatan görsənmir. Çünki Türkiyə hər iki dövlətdən - həm Misirdən, həm də Yunanıstandan quruda, havada, dənizdə dəfələrlə güclüdür. Yunanıstan anlamamış deyil ki, əgər hər hansı cuzi də olsa, hərbi müdaxilə olarsa, adekvat olaraq Türkiyə tərəfində çox güclü zərbə alacaq.

Həmçinin bir detalı da diqqətdən qaçırmaq lazım deyil ki, hər iki ölkə NATO-nun bərabər hüquqlu üzv ölkələridir. NATO imkan verməz ki, alyansa üzv ölkələr hərbi cəhətdən toqquşsun. Sadəcə olaraq Yunanıstan məsələni hərbi gərginlik müstəvisinə daşımaqla dolayısı ilə NATO-nun və digər dünya güclərinin prosesə müdaxilə etməsini istəyir. Yunanıstan bu güclər vasitəsilə Türkiyəni Aralıq dənizindəki kəşfiyyat işlərindən çəkindirmək istəyir. Amma düşünürəm ki, Türkiyə öz iddialarından vaz keçəcək deyil.

Ayrıca Kipr türklərinin də Aralıq dənizində haqlar var və Şimali Kipr Türk Respublikası bu haqların müdafiəsi ilə bağlı məsələləri Türkiyəyə verdiyini bildirib.

Hər halda Ərdoğan danışıqlar masasını açıq tutduğunu deyib. Amma Yunanıstan gah nala, gah da mıxa vurmaqla danışıqlardan qaçdığını göstərir. Türkiyə idə artıq 10 il əvvəlki Türkiyə deyil. Türkiyə ABŞ və yaxud da NATO-nun sözü ilə oturub duran ölkə deyil. Bu gün Türkiyə müstəqil geosiyasət yeridən güclü ölkəyə çevrilib. Düşünürəm ki, məhz bu faktorun özü də digər dövlət, eyni zamanda Yunanıstan, Misir və Faransa üçün ən böyük çəkindirici amil olacaq.

Natiq Miri: “Düşünmürəm ki, NATO güclü Türkiyə fonunda öz geosiyasi maraqlarını Yunanıstanın maraqlarına qurban versin”.

Ayrıca düşünmürəm ki, Yunanıstan bu cür təxribatlar törətməklə Avropa Birliyini və NATO-nu birtərəfli olaraq öz tərəfinə çəkə biləcək. Hiss olunur ki, Avropa Birliyi güclü Türkiyə ilə gələcəkdə əməkdaşlığı genişləndirmək fikrindədir. Bu NATO üçün də keçərlidir. Çünki güclü Türkiyə əslində cənub sərhədlərində güclü NATO deməkdir. Yəni güclü Türkiyə NATO-nun həm Qara dənizdə, həm Aralıq dənizində hökmranlığı anlamına gəlir. Buna görə də düşünmürəm ki, NATO güclü Türkiyə fonunda öz geosiyasi maraqlarını Yunanıstanın maraqlarına qurban versin.

Mən Türkiyə ilə Yunanıstan arasında hərbi toqquşmanı gözləmirəm. Hansısa kiçik təxribatlar ola bilər. Əgər bu kiçik təxribatlar olarsa da, Türkiyə birmənalı olaraq bildirib ki, adekvat ciddi cavab verməkdən çəkinməyəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar