Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Payızda koronavirus infeksiyası zirvə həddində olmayacaq” - Ekspert

Professor: “Koronavirusun ikinci dalğasının birinci dalğa kimi intensiv, güclü, ağırlaşdırıcı fəsadlı olması gözlənilmir”.

Bu sözləri tibb elmləri doktoru Adil Qeybulla koronavirus infeksiyasının payızda ikinci dalğası olacağı iddiasını PİA.az şərh edərkən qeyd edib.

Bildiyimiz kimi koronavirusun artıqq bir çox ölkələrdə azalma ilə müşahidə olunur. azərbaycanda aylardan sonra yoluxma sayı son iki gündür 100-dən aşağıdır.

Ölkədə virusdan həlak olanların sayı da azalmaqdadır. Avqustun əvvəlində gündə 5-dən yuxarı olan mövcud ölüm statistikası hazırda 2-yə qədər azalıb.

Amma buna baxmayaraq infeksiyanın payızda ikinci dalğasının olacağı da bildirilir. Bu narahatlıq nə qədər əsaslıdır və payızda infeksiyanın zirvə həddində olmasını gözləniləndir?

Mövzunu PİA.az-ın əməkdaşı tibb elmləri doktoru, professor Adil Qeybulla ilə müzakirə edib.

Adil Qeybulla: “Əgər biz karantin qaydalarını gözləsək payızı yaxşı keçirdəcəyik”.

İnsanların davranışlarından çox şeyin asılı olduğunu düşünən professor PİA.az-a açıqlamasında əlavə edib ki, karantin qaydalarına riayət edilsə payızı yaxşı keçirdəcəyik. Əks təqdirdə daha ağır surprizlərlər üzləşə bilərik:

“Payızda koronavirus infeksiyası zirvə həddində olmayacaq. Payız ayında infeksiyasının ikinci dalğası ola bilər. Yəni virusun birinci dalğası ölkədə sönəndən sonra ikinci dalğası başlaya bilər.

Qeyd edim ki, koronavirusun ikinci dalğasının birinci dalğa kimi intensiv, güclü, ağırlaşdırıcı fəsadlı olması gözlənilmir. Çünki virusun özü artıq xeyli zəifləyib. Sadəcə olaraq insanların davranışlarından çox şey asılıdır. Əgər biz karantin qaydalarını gözləsək payızı yaxşı keçirdəcəyik. Yox əgər karantin qaydalarını gözləməsək təbii ki, daha ağır surprizlərlər üzləşə bilərik”.

Nərminə UMUDLU
pia.az


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar