Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belarusda Ukrayna ssenarisi ehtimalı – Lakin vəziyyət fərqlidir

Yevgen Maqda: “Nə Lukaşenkonun cəmi 3%-lik reytinqə sahib olması iddiaları, nə də 80% səslə qalib gəldiyi inandırıcıdır”

Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Lidia Yermoşina ölkənin hazırkı Prezidenti Aleksandr Lukaşenkonun ilkin nəticələrə görə, respublikada keçirilən prezident seçkilərində 80,23% səs qazandığını söylədi. Onun sözlərinə görə, Lukaşenkoya seçkidə iştirak edən seçicilərin 4 milyon 652 min nəfəri və ya 80,23% faizi səs verib.

Müxalifət namizədi Svetlana Tixanovskaya, rəsmi rəqəmlərə görə, 9,9% səs aldı. Ancaq ötən gecə Minskdə baş verən hadisələr və bütün müstəqil səsvermələr göstərir ki, real nəticələr elan edilənlərlə bir-birindən kəskin şəkildə fərqlənir.

Belarusdakı vəziyyəti AYNA-ya şərh edən ukraynalı politoloq Yevgen Maqda deyib ki, Belarus MSK-nın açıqlaması seçki məsələsinə faktiki olaraq son verdi: “Bildiyiniz kimi, Belarusda prezident seçkiləri keçirildi və yerli Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Aleksandr Lukaşenko rekord nəticə ilə qalib gəldi. 26 ildir Belarusa rəhbərlik edir. Bəri başdan deyim ki, mən nə seçki kampaniyası zamanı müxalifətin iddia etdiyi kimi Lukaşenkonun cəmi 3%-lik reytinqə sahib olduğuna, nə də 80% səslə qalib gəldiyinə inanıram”.

Siyasi şərhçinin sözlərinə görə, exit-poll nəticələrinin açıqlanmasından sonra başlayan kütləvi etirazlar bəlli bir lider olmadan qəzəbin başlanğıcı oldu: “Lukaşenko belə məsələlərin öhdəsindən asanlıqla gələ bilər, müvafiq təcrübəyə və güclü repressiya aparatına malikdir. Kütləvi etirazların başlaması ilə ümidlərin "namizədi" statusunu itirən Svetlana Tixanovskayanın passiv mövqeyi məni təəccübləndirir”.

Rusiyanın Minskdəki son hadisələrdəki rolundan danışan Maqda bildirib ki, Aleksandr Lukaşenko xarici qüvvələri Belarusdakı vəziyyətə təsir etməkdə ittiham etməyi sevir: “Xatırladım ki, seçkilərdən 10 gün əvvəl “Vaqner” dəstəsinin 33 hərbçisi Minsk yaxınlığında tutulmuşdu. Bu hərəkət Lukaşenkoya Qərbin diqqətini Rusiyanın seçkilərin gedişatına mümkün müdaxiləsinə yönəltməyə və öz siyasi perspektivləri üçün Qərb və Kremllə sövdələşməyə başlamağa imkan verdi. Belarusda hakimiyyəti yalnız Belarus vətəndaşları dəyişə bilər”.

“Hesab edirəm ki, Belarusda Ukrayna ssenarisi təkrarlanmayacaq. Ukrayna və Belarus qonşu ölkələrdir, lakin ölkələrimizdəki son siyasi tarix çox fərqlidir. Xatırladım ki, 1994-cü ilin yayında Leonid Kuçma və Aleksandr Lukaşenko öz ölkələrinin prezidentləri oldular. Belarusda Ukrayna ssenarisinin olmayacağını başa düşmək üçün onların hər birinin tərcümeyi-halı ilə tanış olmaq kifayətdir”, - ekspert fikrini yekunlaşdırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar