Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putin dəfələrlə Ərdoğanla Qarabağ haqda danışıqdan yayındı, bu dəfə isə...”

Rusiya indiyədək Qarabağ məsələsini Türkiyə ilə müzakirə etməmişdi. Türkiyə bir neçə dəfə cəhd etsə də, Putin bu məsələni Ankara ilə müzakirə etməkdən yayınırdı. Biz bunu 2016-cı il aprel döyüşlərindən sonra da gördük. İndi isə məsələ liderlərin müzakirəsinə çıxarıldı”.

Politoloq Zaur Məmmədov belə düşünür.

PİA.az onun Teleqraf.com-a müsahibəsini təqdim edir.

- Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında keçirilən təlimlər başa çatdı. Təlimlər hansı istiqamətdən qiymətləndirilməlidir?

- Bunu “sıradan təlimlər” adlandırmaq düzgün olmazdı. Görünür ki, Türkiyənin son zamanlarda Azərbaycandakı fəallığında ciddi səbəblər var. Bu fəallığın son zamanlarda Ermənistanın Azərbaycana qarşı əl atdığı hərbi təxribatları ilə əlaqədar olduğunu düşünmürəm. Bu, daha qlobal məsələləri də özündə ehtiva edir. Ərdoğan Türkiyənin Cənubi Qafqazdakı hərbi gücünü göstərərək, Azərbaycana qarşı ciddi təxribatlar törədən xarici qüvvələrə ismarış verdi.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeganə xarici dövlətin lideri oldu ki, Dağlıq Qarabağ məsələsini Rusiya başçısı Vladimir Putinlə müzakirə etdi. Maraqlıdır ki, indiyədək Ermənistan-Azərbaycan münaqişəsinə “səthi” münasibət sərgiləyən Putin niyə Ərdoğanla danışmağa razı oldu?

- Bilirik ki, Rusiya indiyədək Qarabağ məsələsini Türkiyə ilə müzakirə etməmişdi. Türkiyə bir neçə dəfə cəhd etsə də, Putin bu məsələni Ankara ilə müzakirə etməkdən yayınırdı. Biz bunu 2016-cı il aprel döyüşlərindən sonra da gördük. İndi isə məsələ liderlərin müzakirəsinə çıxarıldı. Bu da Türkiyə tərəfinin səyləri ilə baş tutdu. Məsələ budur ki, Tovuz təxribatı və bundan sonrakı dövrdə Rusiyadan bir neçə dəfə Qazaxıstan, Türkmənistan və İran vasitəsilə Ermənistana silahlar göndərilməsi haqda məlumatlar yayıldı. Əlbəttə, Türkiyə Rusiyanın Cənubi Qafqazda hərbi fəallığını və Ermənistana dəstəyinin artmasını sükut içində izləyə bilməzdi.

Prezident Ərdoğanın bu səylərini yüksək qiymətləndiririk. Çünki uzun müddət idi ki, Türkiyə Cənubi Qafqazda gedən hadisələrə fəal şəkildə müdaxilə edə bilmirdi. Müdaxilə etmək üçün iqtisadi, hərbi və siyasi gücü yetərli səviyyədə deyildi. Ən azı bu məsələ Türkiyə liderlərinin iradəsindən kənarda idi. Amma Ərdoğan onlardan fərqli olaraq, bu məsələdə öz iradəsi, prinsipiallığı və cəsarətini ortaya qoymaqla göstərdi ki, o, münaqişənin həll prosesində qardaş Azərbaycanın yanındadır.

- Tovuz istiqamətindəki təxribat da göstərdi ki, Ermənistan ehtimal olunan savaşa Rusiyanı da cəlb etmək istəyir. Bu proses həm də onu nümayiş etdirdi ki, Ermənistanın arxasında kimin durmasından asılı olmayaraq, Türkiyə Azərbaycanın yanındadır. Yəni artıq Qarabağ prosesində regional oyunçu kimi görünməyə başlayan Türkiyə faktoru Rusiya tərəfindən nəzərə alınacaqmı?

- Əlbəttə, Türkiyə faktoru kifayət qədər ciddidir. Təsadüfi deyil ki, Azərbaycan-Türkiyə təlimlərinin keçirildiyi günlərdə Ermənistanda ciddi narahatlıq ifadə olunurdu. Təbii ki, bu təlimlər Ermənistan və onun havadarlarına cavab xarakteri daşıyırdı. Hər kəsə məlum oldu ki, Türkiyə də Qarabağ prosesində var və Azərbaycanın maraqlarını nəzərə almaq lazımdır. Əks təqdirdə, sülh danışıqları dayandırıla, savaş başlaya bilər. Bu halda da ErmənistanAzərbaycan təkbətək savaşmayacaqsa, yəni erməni tərəfinə yardım edəcəklərsə, o zaman Azərbaycan da tək olmayacaq.

Türkiyə indi bir neçə istiqamətdə fəal şəkildə geosiyasi hədəflərinə çatmaq uğrunda mübarizə aparır. Qardaş ölkə bir çox çağırışla üz-üzədir. Biz bunu Aralıq dənizinin hər millimetrində görürük. Misir, BƏƏ, Yunanıstan, Fransa və Səudiyyə Ərəbistanı ilə ciddi problemlər var. Belə bir situasiyada Türkiyənin Cənubi Qafqazdakı fəallığı təqdirəlayiqdir. Ermənistan və onun havadarları anlamalıdırlar ki, öhdəliklər var və bunlar İrəvan tərəfindən “Madrid prinsipləri” üzrə qəbul edilib. Ya bu öhdəliklər yerinə yetirilməlidir, ya da danışıqlara son qoyulmalıdır. Danışıqlar nəticə vermirsə, Azərbaycan bütün beynəlxalq hüquq normalarını əsas götürərək, öz ərazilərini işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlamalıdır.

Həmin qüvvələr başa düşməlidir ki, bu, sıradan bir müharibə olmayacaq. Bura nə Gürcüstandır, nə də Ukrayna – Azərbaycan tək deyil. Artıq Pakistan yüz minlik ordusu ilə Azərbaycana öz dəstəyini təklif edib. Üstəgəl, ehtimal olunan savaşda Şimali Qafqazda türk-müsəlman xalqlarının Azərbaycana dəstəyi ifadə olunacaq. Türkiyə kimi güclü bir dövlət də Azərbaycanın yanındadır. Buna görə də, Ermənistanın havadarları bu məsələyə ehtiyatla yanaşmalıdır. Xüsusən də İranRusiya öz sərhədləri yaxınlığında vəziyyətin gərginləşməsinə yol verməməlidir. Bu səbəbdən də Ermənistana təzyiq etməlidirlər. Onlar başa düşməlidir ki, Ermənistanın təxribatçı fəaliyyətləri həm də onlara qarşı çevrilib.

Soros başda olmaqla, müəyyən qruplar Ermənistan vasitəsilə Rusiyaİrana qarşı təxribatlar törədirlər. Amma əfsuslar olsun ki, İranRusiya daxilindəki bəzi qruplar da öz ölkələrinin milli maraqlarını satmaqla məşğuldurlar.

- Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsində yaşayan ermənilər bir neçə gün əvvəl iğtişaş törətdilər. Ümumiyyətlə, son günlər Cavaxetiya ermənilərinin separatçı fəaliyyətlərinin artacağı haqda danışılırdı. Sizcə, baş verənlərin arxasında hansı məqamlar var - bölgədəki ermənilərin məqsədləri nə ola bilər?

- Bəllidir ki, Ermənistanın əsas məqsədi “dənizdən dənizə dövlət” planını həyata keçirməkdir. Bundan əvvəl verdiyi, “Biz, Azərbaycana torpaq verməyəcəyik, ondan torpaq alacağıq” açıqlaması, Ermənistanın əsl simasını üzə çıxarır. Biz bilirik ki, Ermənistanın Türkiyə və Gürcüstana da ərazi iddiaları var. Vaxtilə Gürcüstanın Lori bölgəsini işğal edən Ermənistan indi də Samtsxe-Cavaxetiyada ciddi təxribatlar törətməklə məşğuldur. Görürük ki, 1990-cı illərdə Dağlıq Qarabağda baş vermiş proseslər bu gün Cavaxetiyada davam edir.

Amma təəssüf ki, Gürcüstanın indiki hakimiyyəti azad siyasət yürütmədiyinə - xarici mərkəzlərdən asılı olduğuna görə Cavaxetiyada baş verənlərə göz yumur. Bu gün Gürcüstanın hüquq mühafizə orqanları azərbaycanlıların kompakt yaşadığı bölgələrdə daha fəal və aqressivdirlər, nəinki erməni separatizminin genişləndiyi regionlarda. Halbuki, ermənilərin yaşadıqları həmin ərazilərdə Gürcüstan dövlətinə qarşı ciddi təxribatlar hazırlanır və baş verməkdədir.

Gürcü xalqı bilməldirlər ki, ermənilər Cavaxetiyaya 1829-cu ildə Rusiya və Osmanlı arasında imzalanmış Ədirnə müqaviləsindən sonra köçürülüb, amma Borçalı azərbaycanlıların tarixi vətənidir, əsrlərdir orada yaşayırlar. Ermənilər Rusiyanın əli ilə ora köçürüldükdən sonra gürcülər və Mesxeti türkləri Cavaxetiyadan qovulublar. Amma təəssüf ki, biz bölgədə ziddiyyətli proseslərin şahidiyik. Bu ziddiyyətli proseslər də Cənubi Qafqazı barıt çəlləyinə çevrilir. Bütün bunların səbəbkarı da ermənilər və onların “Böyük Ermənistan” xülyasıdır. Təəssüf ki, erməni xalq öz ərazilərini genişləndirmək üçün yeni işğalları qarşılarına məqsəd qoyub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar