Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

15 yaşlı şagirdin hamiləliyi ilə bağlı qaranlıq məqamlar

15 yaşlı şagirdin hamiləliyi ilə bağlı DNT analizi aparılmayıb.

PİA.az bildirir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında "Təniz dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova Lerik rayon məhkəməsinin hakimi Atabəy Kiçikbəyovun 15 yaşlı şagirdi hamilə buraxan 60 yaşlı müəllimlə bağlı verdiyi məhkəmə qərarından danışarkən deyib.

Onun sözlərinə görə, məhkəmədən öncə DNT analizi götürülməli idi:

"Bu məhkəmə prosesində qarışıq məqamlar var. Uşaqla bağlı DNT analizi aparılmayıb. DNT analizi aparmadan məhkəmə prosesi necə keçirilib? Qız burdadır, 10 gündən sonra uşaq doğulacaq. Onun taleyi necə olacaq? Qızın atası ruhi xəstədir. Qızın özü də nə danışdığını bilmir. Əslində qızı bura gətirəndə deyilmişdi ki, uşaq doğulsun, analiz götürülsün və cavab məlum olandan sonra məhkəmə olacaq. Amma bu deyilənlərə heç kim əməl etmədi. Uşaq doğulmamış məhkəmə oldu. Uşağın kimdən olmasını heç kim araşdırmadı. Hətta dedilər ki, uşaq dünyaya gəlməmiş də DNT analizi götürülə bilər”.

Mehriban Zeynalova qeyd edib ki, 60 yaşlı müəllim Məmmədov Şəfahətin qohumları başqa iddialar qaldırıb:

"Müəllimin qohumları deyib ki, ona şər atılıb. Burada qaranlıq məqamlar var”.

Hüquq müdafiəçisi Fariz Namazlı isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, burada əsas məsələ qızın razılığının olub-olmamasıdır:

"Belə başa düşdüm ki, qızın razılığı olub, sadəcə, yetkinlik yaşına çatmadığına görə 152.1 maddə ilə cinayət işi başlanılıb. 152.1-ci maddədə 3 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Müəllimə də 1 il iş verilib. Qız 16 yaşına çatmadığı üçün çox güman, qanuni nümayəndəsi var. Onun da müəllimə qarşı şikayəti olmayıb. Ona görə də aşağı həddə cəza verilib”.

Qeyd edək ki, 15 yaşlı şagirdi hamilə buraxan müəllimə hökm oxunub. Lerik rayon Məhkəməsinin hakimi Atabəy Kiçikbəyovun sədrlik etdiyi prosesdə 15 yaşlı məktəblini hamilə buraxan 60 yaşlı Məmmədov Şəfahətə 1 il iş verilib.

pia.az


Etiket: DNT

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Borrell Fələstinin Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Ən çox oxunanalar