Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahil Babayevin karandaşlı “islahatları”

Bir qələmin karandaşla əvəz olunması korrupsiyaya yol aça bilərmi?..

Ölkənin gənc nazirləridən biri olan Sahil Babayev sübut edir ki, bu mümkündür. O, rəhbərlik etdiyi sahəyə “yeniliklər” gətirməkdədir. Nazir analoqu olmayan kadr islahatlarına başlayıb və işçilərin attestasiyasını qərarlaşdırıb.

İlk baxışda normal qərardır. Amma PİA.az-a daxil olan məlumata görə aparılan attestasiya tam başqa mətləblərdən, məqsədlərdən xəbər verir.

Qeyd edək kii, əvvəllər nazirliyin strukturları dövlət qulluğuna aid olub və bu strukturlarda işə qəbul Dövlət İmtahan Mərkəzləri(DİM) tərəfindən test üsulu aparılıb. Bu yaxınlarda isə həmin strukturların bazasında publik hüquqi şəxs yaradılıb və işçilərin işə qəbulu, attestasiyası nazirliyin özü tərəfindən aparılmağa başlayıb.

Belə attestasiyalarda iştirak edən nazirliyin yerli strukturlarının əməkdaşlarından aldığımız məlumata görə Nazirlik rəhbərliyi işə qəbul etməkdə maraqlı olduğu əməkdaşa attestasiya zamanı verilmiş sual vərəqəsini karandaşla işarələməyə imkan yaradır. Attestatsiyadan sonra karandaşla işarələnmiş xanalar pozulur və düz cavablar işarələnir.

Bax beləcə savadı, iş təcrübəsi olan işçilər kənarda qalır, suallara düzgün cavab yaza bilməyənlər isə işə qəbul olunur. Güclü dayısı olan savadsız və təcrübəsiz adamlar işdə saxlanılır.

Yəni kadrların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində(ƏƏSMN) attestasiyası korrupsiyaya yol açır. Çünki attestasiya ilə bilik və bacarığı olmadığı üzə çıxarılmış işçi vəzifədə saxlanılmaqla rəhbərlikdən asılı duruma salınır. Yəni bütün qanunsuz qərarların icrasına sözsüz razı olur.

Karandaşın hesabına işdə qalan, işə qəbul olunan işçi bilir ki, əks təqdirdə növbəti attestasiyada karandaşı əlindən alıb qələmi saxlamaqla onu çətin duruma salacaq, işdən çıxaracaqlar.

Attestasiya məsələsinin ƏƏSMN-nin nəzarətindən çıxarıb DİM-ə həvalə etməklə həssas əhali qrupu ilə işləyən strukturda korrupsiyaya yol açan elementlərdən ən başlıcasını aradan qaldırmaq olar.

pia.az


Etiket: Sahil Babayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar