Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lotu Qulinin adamlarına qarşı daha bir əməliyyat

Ukrayna Təhlükəsizlik Xidməti azərbaycanlı “oğru” Nadir Səlifovun (Lotu Quli) nüfuz dairəsinə daxil olan kriminal elementləri həbs edib. 

PİA.az xəbər verir ki, əməliyyat Odessa şəhərində keçirilib. Nadir Səlifova yaxın olan 2 nəfər özəl sektorlardan birində həbs edilib. Bildirilir ki, saxlanılan şəxslər şəhərdə sahibkarları qorxu altında saxlayırmış.  

Odessada Nadir Səlifovun tərəfdarlarına qarşı bundan əvvəl də əməliyyat keçirilib. İyul ayında keçirilən əməliyyat nəticəsində 10 nəfər saxlanılmışdı.  Ukrayna Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, Odessa şəhərində vətəndaşları və bölgənin sahibkarlarını sıxışdıran cinayətkar beynəlxaq dəstənin üzvləri müəyyən edilib: "Onlar iyulun 7-də günorta saatlarında yerli sahibkarlardan birini oğurlamaq iniyyətində olublar. Hadisədən əvvəlcədən xəbərdar olan Ukrayna təhlükəsizlik orqanlarının əməkdaşları dəstənin üzvlərini zərərsizləşdirib. Kriminal dəstənin 10 nəfər üzvü olub. Onlar süni şəkildə münaqişə yaradaraq, sahibkarlardan külli miqdarda pul tələb ediblər və ödəmədikləri təqdirdə sahibkarları zorakılıqla hədələyiblər. Məlum olub ki, dəstə üzvlərini Ukrayna tərəfindən axtarışda olan "Lotu Quli" ləqəbli şəxs idarə edir. Əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərin yaaşdıqları yerdə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb".

Lotu Quli hazırda postsovet məkanında ən nüfuzlu “oğru”lardan biri hesab edilir. O azadlığa buraxılandan sonra qısa müddət ərzində Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdə kifayət qədər güclü şəbəkə qurub.

pia.az


Etiket: Lotu Quli

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar