Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyəzənin iki kəndində içməli su problemi həll olunur - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti kəndlərdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Siyəzən rayonunun içməli su çatışmazlığından əziyyət çəkən Sədan və Eynibulaq kəndlərinin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanıb. 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Siyəzən rayonunun Sədan və Eynibulaq kəndlərinin əhalisi uzun illərdir içməli su çatışmazlığından əziyyət çəkib. Eynibulaq kəndində bir neçə il əvvəl icra olunmuş layihə çərçivəsində kəndin bəzi yerlərində bulaqlar quraşdırılsa da, əhalinin bir hissəsi içməli suyu uzaq məsafədən daşıyıb. Sədan kəndində isə su təchizatı sistemləri ümumiyyətlə mövcud olmayıb və sakinlər suya olan tələbatlarını daşınan su hesabına ödəyib. 

Sədan və Eynibulaq kəndlərinin içməli su probleminin həlli məqsədilə  icra olunan layihəyə əsasən,  kəndlərə suyun Şollar-Bakı su kəmərindən verilməsi nəzərdə tutulur. Bu məqsədlə Siyəzən şəhərini qidalandıran magistral xətdən birləşmə verilərək kəndlərə 6 km uzunluğunda polad borularla magistral su xətti çəkilir. Sədan və Eynibulaq kəndləri relyef baxımından yüksəklikdə yerləşdiyindən suyun nəqli ikipilləli nasos sistemi vastəsilə aparılacaq. Bu məqsədlə 2 yerdə - yeni magistral xəttin qoşulma nöqtəsində və Sədan kəndinin girişində 2 ədəd nasos stansiyası və 25 kubmetr tutumu olan su anbarları tikiləcək. Bu infrastrukturlar hesabına içməli su Sədan kəndində yeni tikilən 100 kubmetr tutumu olan anbara vurulacaq və özüaxımlı rejimdə kəndə veriləcək. Sədan kəndində əhalinin ümumi istifadəsi üçün 26 ədəd bulaq quraşdırılacaq. Eynibulaq kəndində isə mərkəzləşdirilmiş 6 km uzunluğunda içməli su şəbəkəsi yaradılacaq və 170 ünvana ev birləşməsi veriləcək.

Layihənin icrasının yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur. Bununla da Siyəzən rayonunun Sədan və Eynibulaq kəndlərinin 2000-dək sakini dayanıqlı və təhlükəsiz içməli su ilə təmin olunacaq.

pia.az


Etiket: içməli su

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar