Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lökbatan qəsəbəsində növbəti abad məhəllə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin bütün bölgələrində olduğu kimi, Qaradağ rayonunun bütün qəsəbələrində geniş abadlıq-quruculuq işləri aparılır, qəsəbədaxili yollara asfalt örtüyü salınır, yolların kənarlarında küçə işıqları quraşdırılır.

PİA.az xəbər verir ki, bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Lökbatan qəsəbəsində “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti abad məhəlləyə baxış keçirilib.

İstifadəyə verilmiş abad məhəllədə Lökbatan qəsəbəsi, Mehman Həsənov küçəsi, 2a, 2, 14 və 1 saylı binaların qarşısında yerləşir.

Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan və 7200 kv.m sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Yeni salınmış abad məhəllədə 2 ədəd hər birinin sahəsi 12 kv.m olan söhbətgah, 1 ədəd uşaqlar üçün sürüşkən və 2 ədəd yelləncək, 4 ədəd 5 nəfərlik skameyka quraşdırılmış, 600 ədəd oleandr, 100 ədəd sərv və digər dekorativ kol və ağac əkilmiş, 14 ədəd küçə işığı quraşdırılmışdır. Ətrafda olan çoxmərtəbəli binaların giriş qəfəsləri təmir edilmiş, yeni pəncərələr, giriş qapıları quraşdırılmış, giriş qəfəsləri və ətraf ərazidə bütün divarlar da daxil olmaqla fasad boyası çəkilib.

Abad məhəlləyə baxış keçirərkən orada olan ağsaqqallar burada yaşayan 360 yaxın ailə adından əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirmiş və rayon İcra hakimiyyətindən öz minnətdarlıqlarını ünvanına çatdırılmasını xahiş edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar