Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Uşaq pulu” ilə bağlı açıqlama

Payızda Milli Məclisdə uşaqpulu ilə bağlı dinləmələrin keçirilməsi planlaşdırılır. Bu dinləmələrin sonunda Azərbaycanda yenidən uşaqpulu bərpa edilə bilərmi?

Deputat İqbal Məmmədov bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi bütün sosial layihələrin məqsədi hər bir vətəndaşın yaxşı yaşamasını təmin etmək və sosial problemlərini həll etməkdir: “Pandemiya dövründə də bilirsiniz ilk addım insanlarımızın sağlamlığını qorumaqla yanaşı koronavirusa görə yaranmış mövcud vəziyyətin vətəndaşlarımızın sosial durumuna təsirini minimuma endirmək oldu. Bilirsiniz ki, ilk olaraq 2 ay 600 min nəfərə daha sonra iyun və avqust aylarında sərt karantin tədbiq edilən rayon, şəhərlərdə işsiz vətəndaşlarımıza 190 manat birdəfəlik müavinət verildi. Aztəminatlı ailələrin uşaqlarının təhsil haqqı dövlət tərəfindən ödənildi.

Bundan başqa bilirsiniz ki, pandemiyanın təsir etdiyi sahələrə diqqət artırıldı, sahibkarlara maddi yardımlar verildi. Bütün bu addımlar dövlətin vətəndaşına verdiyi dəyəri bir daha sübut etdi. Uşaqpulu məsələsi zaman-zaman gündəmə gəlir. Həm də bu məsələ Milli Məclisdə ayrı-ayrı deputatlar tərəfindən uşaqpulu ilə bağlı təkliflər olub. Hazırda pandemiya dövrüdür. Təəssüf ki, pandemiya az da olsa, iqtisadiyyata təsir edib. Amma buna baxmayaraq, cənab prezident keçirdiyi bütün müşavirələrdə sosial layihələrin heç birinin təxirə salınmayacağını söyləyib. Bilirsiniz ki, 2020-ci ilin büdcəsinə dəyişiklik ediləndə də müdafiəyə və sosial layihələrə vəsait azaldılmadı. Əlbəttə, bu, bir daha onu göstərir ki, cənab prezidentin siyasətinin mərkəzidə Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılması dayanır”.

Deputat qeyd edib ki, uşaqpulu məsələsi ilə bağlı Millii Məclisdə işçi qurupu yaradılıb: “Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsi payız sessiyasında bir neçə sosial xarakterli məsələ üzrə dinləmələr keçirməyi planlaşdırır. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev tərəfindən həm parlamentdə, həm də mətbuatda səsləndirilən fikirlərə istinad edərək demək olar ki, payızda qeyri-hökumət təşkilatlarını və digər ekspertləri də dəvət etməklə, dinləmə şəklində, ya da İşçi Qrup yaradıb araşdırma aparmaqla həmin sosial xarakterli məsələlərə, o cümlədən uşaqpulu məsələsinə də baxılacaq. Düşünürəm ki, payız sessiyasında baş tutacaq dinləmələr zaman uşaqpulunun bərpası ilə bağlı bütün versiyalar müzakirə olunacaq. Sadəcə səbirli olmalı, pandemiyadan və onun verdiyi fəsadlardan qorunmaq üçün qoyulan qaydalara əməl edərək normal həyatımıza qayıtmaq barəsində düşünməliyik. Çünki normal həyatımıza qayıdışımız sosial layihələrin icrasını daha da sürətləndiəcək. İnanıram ki, uşaqpulu məsələsi tezliklə öz həllini tapacaq”.

pia.az


Etiket: uşaq pulu

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar