Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəriqaz”dan vətəndaşa qarşı məhkəmə iddiası

Azəriqaz” İstehsalat Birliyi vətəndaş Şükürov İlkin Mirzəxan oğlunun məhkəməyə verib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, “Azəriqaz” İstehsalat Birliyi cavabdeh Şükürov İlkin Mirzəxan oğluna qarşı – təbii qazdan istifadəyə görə yaranmış 62053,50 manat məbləğində əsas borc, 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı, cəmi 62083,90 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını istəyib.

Daha sonra “Azərqaz” məhkəmədə iddianın məbləğini artırıb.

Bakı Kommersiya Məhkəməsinin qərarı ilə iddia təmin olunub.  Şükürov İlkin Mirzəxan oğlundan 119 232,10 manat məbləğində borc, ödənilmiş 25 manat məbləğində dövlət rüsumu, cəmi 119 257,10 manat məbləğində pul vəsaiti tutularaq “Azəriqaz” İstehsalat Birliyinə ödənilməsi barədə qətnamə çıxarılıb.

Qeyd edək ki, İlkin Şükürov biznesmendir.

Bundan əvvəl isə İlkin Şükürov ilə “Azəriqaz” arasında Xətai rayon Məhkəməsində məhkəmə çəkişməsi olmuşdu.

İlkin Şükürov ona yazılan borcun silinməsi ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət etsə də, məhkəmə onun iddiasını təmin etməmişdi.

Bakı Apelyasiya Məhkəməsinə müraciət edilmişdi. Apelyasiya iontanssiyasıda qətnamə ləğv olunmuşdu və işin yenidən birinci instansiya məhkəməsinə qaytarıılmışdı.

pia.az


Etiket: Azərqaz

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar