Bazar, 20 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yaydı

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yayıb.

Bəyanatda deyilir:

"Ermənistan KİV-lərində bu ölkənin işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin qondarma “strukturlarının” Xankəndindən Şuşaya köçürüləcəyi haqqında məlumat yayılıb.

Şuşa Azərbaycan üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik bir şəhərdir və onun əsasının qoyulmasının 270 illiyi ərəfəsində işğalçı Ermənistanın növbəti təxribat cəhdini pisləyirik.

Biz belə təxribatların dəfələrlə şahidi olmuşuq. Bir müddət öncə Şuşanın Yuxarı Gövhər Ağa Məscidinin arxitekturasının təhrif edilərək “İran məscidi”, rus kilsəsinin təhrif olunaraq “erməni kilsəsi” kimi qələmə verilməsi də bu qəbildən olan təxribatlardan idi.

Bundan başqa, Ermənistan rəhbərliyi bir neçə ay əvvəl Şuşada qondarma “inaqurasiya” şousu təşkil etmişdi.

Mütəmadi xarakter almış belə addımlar münaqişənin tənzimlənməsinə mane olmaqdan başqa heç nəyə xidmət etmir və beynəlxalq ictimaiyyət tərəfindən kəskin surətdə qınanmalıdır.

Ermənistanın bu kimi təxribatçı və azğın əməlləri heç vaxt bizim öz ata-baba yurdlarımıza qayıtmaq əzmimizi qıra bilməyəcək.

Dağlıq Qarabağın etnik təmizləməyə məruz qalmış azərbaycanlı icması torpaqlarımıza qayıdaraq Azərbaycan Respublikasının suverenliyinin təcəssümü olan qurumları təşkil edəcək".

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Nofəl Süleymanov Bəturə Hüseynovayla sevgili olub? 

"İlk çipi də Azərbaycanda Alim Qasımova taxacaqlar” - Aqşin Yenisey

"Peyğəmbər" yoxsa "baş redaktor"? - Lənkəranda peyğəmbər olduğunu iddia edən gənc bibisini öldürdü - Video

İlham Əliyev: “Özüm gedib baş çəkəcəyəm və baxacağam ki, göstərişlərim necə yerinə yetirilir”

Xanım icra başçısı “Zəli gölü”nə gəldi, araşdırılma aparıldı - Foto

Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib - Video, Yenilənib 1

“Əfv alveri” ilə məşğul olan keçmiş deputat kimdir? – Əqrəblər Ukraynadakı səfirimiz Elmira Axundovanı göstərir

Emin Əmrullayev intihar edən 27 yaşlı müəllimdən yazdı

Vilayət Eyvazov polis kapitanını rəis təyin etdi

Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər korrupsionerlərə bəd xəbər

loading...

Ən çox oxunanalar