Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lukaşenkonun rəqibi vətəndaşlara müraciət etdi

Belarusda keçirilmiş prezident seçkilərində hazırkı prezident Aleksandr Lukaşenkonun əsas rəqibi sayılan Svetlana Tixanovskaya yeni videomüraciət yayımlayıb.

“Report” xəbər verir ki, videomüraciət “Youtube”da yerləşdirilib.

Öncə onu dəstəkləyənlərə təşəkkürünü bildirən S.Tixanovskaya vətəndaşların mümkünsüz edə bildiyini bildirib: “Bunun sənədli sübutu var – protokolların surəti. Komissiyaların səsləri düzgün hesabladığı protokollarda 60-70% məni dəstəkləyib”.

Onun sözlərinə görə, xalqın seçimini yalnız qanuni və qeyri-zorakı yollarla müdafiə etmək lazımdır. O həm də Belarus küçələrində qanlı döyüşlərin getdiyini də vurğulayıb.

S.Tixanovskaya ölkəsinin istefa vermiş güc strukturlarının əməkdaşlarına da üz tutaraq təşəkkürünü bildirib: “Öz vətəndaşlarına qarşı cinayətkar əməlləri törətməkdən imtina edən əməkdaşlara təşəkkür edirəm”.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun sonucunda ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar