Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da keçirdiyi video müşavirədə dövlət şirkətlərinin iqtisadi fəaliyyətinin səmərəliliyinin artırılması üçün idarəetmənin təkmilləşdirilməsinə ehtiyacın olduğunu bildirmiş və Nazirlər Kabinetinə müvafiq işlərin görülməsi üçün müvafiq tapşırıq vermişdi.

Avqustun 7-də Azərbaycan İnvestisiya Holdinqinin (AİH) yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında müvafiq Prezident Fərmanı imzalandı. Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə AİH-in Müşahidə Şurasının (AİH MŞ) tərkibi təsdiq edildi.

Avqustun 14-də AİH MŞ-nin sədri, Baş Nazir Əli Əsədovun rəhbərliyi və Şura üzvləri - Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Şahmar Mövsümovun, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Natiq Əmirovun, İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Maliyyə naziri Samir Şərifovun iştirakı ilə ilk iclası keçirilib.

Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Video müşavirədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn tapşırıqlar - korporativ idarəetmənin təşkili, səmərəli və şəffaf fəaliyyət, maliyyə sağlamlığının gücləndirilməsi, dayanıqlı inkişafın təmini və bəzi təşkilati məsələlər müzakirə olunub.

Verilən tapşırıqların vaxtında və tam həcmdə icra olunması əsas tələb kimi qoyulub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov AİH-nin təşkilati məsələləri və funksional fəaliyyət istiqamətləri barədə çıxış edib. Müşahidə Şurasının sədri AİH-nin fəaliyyətinin tezliklə təmin olunması üçün görüləcək tədbirlərlə bağlı tapşırıqlar verib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Ən çox oxunanalar