Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millət vəkilləri yay tətillərini necə keçirilər? - Video

Millət vəkilləri əslində iyulun 15-də məzuniyyətə çıxsalar da, növbədənkənar sessiyasının keçirilməsi səbəbi ilə, deputatlar avqustun 4-dən sessiyanın bitəcəyi tarixə qədər məzuniyyətdən geri çağırılmışdı.

Beləliklə, deputatlar avqustun 7-dən yenidən məzuniyyətə gediblər.

Maraqlıdır, hazırkı pandemiya şəraitində millət vəkilləri harada və necə istirahət edirlər?

Baku TV-nin məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov məzuniyyətini Bakıda keçirdiyini bildirib. Məzuniyyətdə olmasına baxmayaraq, millət vəkili jurnalistlərlə intensiv işlədiyini qeyd edib.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov isə məzuniyyətini Ağdaşda keçirir. Millət vəkili Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədri olduğu üçün orada da işə çıxdığını deyir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə deyir ki, məzuniyyətdə olmasına baxmayaraq, o da hazırda iş başındadır.

Məlumat üçün bildirək ki, “Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir.

Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır.

Parlament Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat), Milli Məclis Sədrinin müavini - 85 faizi (2 103,75 manat), Qanunverici orqanın komitə və komissiya sədri - 80 faizi (1 980 manat), Parlamentin komissiya sədrinin müavini - 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar