Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lukaşenkonun sonu Putin üçün başlanğıcdır

Bir neçə həftə əvvələ kimi heç kim postsovet məkanın ən stajlı və ölksində alternativsiz kimi görünən Aleksandr Lukaşenkonun belə qısa müddət ərzində avtoritar liderdən rədd edilmiş xunta başçısına çevriləcəyini gözləmirdi.

Bu yanaşma əsassız da deyildi. Belarus Baltikyanı ölkələr istisna olmaqla postsovet respublikaları arasında sosial təminatın ən yaxşı olduğu ölkə hesab olunur. Bunun üzərinə də Belarus xalqının postsovet məkanın xaraktericə ən mülayim xalqı olmasını fenomeni gəldikdə ölkənin əvəz edilməz lideri kimi görünən Aleksandr Laukaşenkonun çox asanlıqla öz mövqeyini qoruyub saxlayacağı güman edilirdi.

Bu düşüncədə olanlar bir məqamı unudurdular. İnternet, sosial şəbəkələr cəmiyyətləri tamamilə dəyişib. Daha heç bir xalq 100 il əvvəl olduğu kimi bir şəxsin ömürlük hakimiyyətinə dözmək istəmir. Elmi-sosioloji araşdırmalar təsdiqləyib ki, müasir dövrdə xalqlar 8-10 ildən artıq iqtidarda qalan hakimiyyətlərdn yorulur və dəyişiklik istəyi yaranır. Lukaşenko da digər avtoritar liderlər kimi bu gerçəkliyi qəbul edə bilmədiyi üçün çox böyük fərqlə bir evdar qadına məğlub oldu.

9 avqust gecəsi Aleksandr Lukaşenkonun qarşısında iki şərəfli yol vardı. Bu yollardan birincisi məğlubiyyətini etiraf edərək qalib gələn rəqibi ilə birlikdə xalqın qarşısına çıxmaq idi. Bu addımı atmaqla həqiqətən xalqını düşünən və sevən bir lider olduğunu təsdiqləyə, tarixə yaza bilərdi.

İkinci yol bir evdar qadın qarşısında məğlubiyyətini həzm edə bilməyən qüdrət sahibi kişi kimi intihar etməli idi.

Lukaşenko bu yollardan heç birini seçməyərək üçüncü yolu seçdi. Bu yol pis halda Qəddafinin, yaxşı halda Yanukoviçin yoludur. Bundan sonra onun taleyi təxminən məlumdur. Yeri gəlmişkən Çin Lukaşenkoya siyasi sığınacaq təklif edib.

Ən maraqlısı Lukaşenkodan sonra növbədə hansı avtoritar liderin olmasıdır. Heç şübhəsiz ki, Lukaşenkonun sonu Putinin də sonunun başlanğacı deməkdir. Belarusda dəyişiklik Rusiyada dəyişiklik hərakatın tətikləyəcək. Rusiyalı politoloqlar, xüsusilə də professor Valeri Solovey hesab edir ki Belarusdan fərqli olaraq Rusiyada dəyişiklik böyük dağıntılar və çoxsaylı itgilərlə müşaiyyət olunacaq.

Bütün dünyada, xüsusilə də postsovet məkanında avtoritar liderlərin “qoruyucu mələyi” olan Putinin hakimiyyətdən getməsi bütün avtoritar rejimləri təhlükəyə atacaq.

Putindən sonra hakimiyyətdən devilənlər Putin hakimiyyətdən yıxılmazdan əvvəl hakimiyyətdən gedənlərin aqibətinə həsəd aparacaqlar.

Xaqani Cəfərli, politoloq

pia.az


Etiket: Lukaşenko

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar