Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nərimanovda keçirilən reydlər gücləndirildi - Fotolar

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qoyulmuş tələblərin və verilən tapşırıqların icrası ilə bağlı Nərimanov rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mobil işçi qruplar tərəfindən keçirilən reydlər gücləndirilib.

PİA.az xəbər verir ki, 15 avqust 2020-ci il tarixdə Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, rayon Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin rayon İdarəsinin, Bələdiyyənin, Sahə İnzibati Ərazi Nümayəndəliklərinin, fəal gənclər və könüllülərin daxil olduğu mobil qrupların üzvləri tərəfindən keçirilən növbəti reydlər zamanı marketlərdə, bazarlarda, apteklərdə və digər ictimai-iaşə obyektlərində onların qarşıya qoyulmuş tələb ilə fəaliyyət göstərməsi yoxlanılmış, xidməti heyəti ilə maarifləndirici söhbətlər aparılmış və pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah olunmuşdur. Fəaliyyətinə icazə erilmiş obyektlərin girişlərində sakinlərin həraətinin yoxlanılması üçün avadanlıqlar və xüsusi dezinfaksiyaedici məhlulların mövcüd olması, işçi heyətinin tibbi maskadan istifadəsi yoxlanılıb.

Online fəaliyyət göstərən kafe və restoranların yerində xidmət göstərməmələri və sanitar qaydalara riayət etmələri yoxlanılaraq müvafiq tövsiyələr və xəbərdarlıqlar edilib. O cümlədən reydlər zamanı karantin rejimində fəaliyyət qaydalarını pozduqları üçün rayon ərazisində fəaliyyət göstərən “Yaşıl Bazar” 3.000 azn,”Merbi” geyim mağazası 200 azn, “Lady” gözəllik salonu 200 azn, fiziki şəxs R.Nurullayevaya məxsus geyim mağazası 200 azn və qanunsuz küçə ticarəti ilə məşğul olan bir neçə fiziki şəxs müvafiq orqanlar tərəfindən inzibati qaydada cərimələnib.

Nərimanov rayonu ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını alınması məqsədilə dezinfeksiya işləri də davam etdirilir. Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində rayon ərazisindəki parklar, dayanacaqlar, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin dezinfeksiyası işləri gücləndirilmiş rejimdə davam etdirilir.

Bütün bu işlərə paralel olaraq karantin rejiminin yumşaldılmasından sonra fəaliyyətinə icazə verilmiş sahələr tərəfindən qanunla qadağan olunan yerlərdə küçə ticarətinin aparılmaması məqsədilə müvafiq strukturların əməkdaşları ilə birgə profilaktik reydlər də davam etdirilir. Həmçinin reyd zamanı obyektlərin antisanitariya qaydalarına riayət etmələri də yoxlanılaraq nəzarətə götürülür. Şəhərin ümumi görkəmini pozan obyektlərə yol verdikləri nöqsanları tezliklə aradan qaldırmaq tapşırığı verilir və buna ciddi nəzarət edilir.

O cümlədən gündəlik olaraq koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş lakin evdə müalicə alan rayon sakinləri ilə mütəmadi rabitə əlaqəsi yaradılaraq yaşadıqları mənzili tərk etməmləri ilə bağlı söhbətlər aparılaraq müvafiq tövsiyələr verilir.

Mobil qruplar tərəfindən bundan sonra da fəaliyyətinə icazə verilmiş obyektlərdə reydlər və əhali arasında maarifləndirmə işləri gündəlik olaraq davam etdiriləcək.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar