Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rəvan Sığorta” fəaliyyətini dayandırır - Nuru Əliyev iflas edir?..

Məşhur iş adamı Nuru Əliyev sığorta bazarını tərk etdi...

Koronavirus pandemiyası ilə əlaqədar yaranmış iqtisadi böhran sığorta şirkətlərindən də yan keçməyib. Artıq bəzi şirkətlər sığorta bazarını tərk etmək qərarına gəliblər.

Yenisabah.az xəbər verir ki, konkret olaraq “Rəvan Sığorta” ASC sığorta fəaliyyəti ilə əlaqədar lisenziyasını ləğv edilməsi üçün Mərkəzi Banka müraciət edib.

Yayılan məlumatlarda deyilir ki, hazırda ASC-nin yığım portfelinin ötürülməsi ilə bağlı danışıqlar aparılmır. Belə ki, bu ilin yanvar-iyun aylarında “Rəvan Sığorta”nın sığorta haqları illik müqayisədə 16,5% azalaraq 1,078 mln manat, sığorta ödənişləri isə 36,6% artaraq 235 min manat təşkil edib.

Avqustun 10-da “Rəvan Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Yığıncağın gündəliyinə "Rəvan Sığorta"nın könüllü qaydada ləğv edilməsi, lisenziyasının ləğvi üçün Azərbaycan Mərkəzi Bankına müraciət edilməsi, Ləğvetmə Komissiyasının yaradılması və Gəncə filialının ləğv edilməsi məsələləri daxil idi.

"Rəvan Sığorta" 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmlərinin 49,1%-i "Nurgun Group of Companies"ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank"a məxsusdur.

Şirkətin Direktorlar şurasının Surxay Əhmədovdur. O həm də “NBC Bank”da 2, 72% paya sahib idi. “NBC Bank” az əvvəl fəaliyyətini dayandırıb. Bu şirkətlərin faktiki sahibi isə məşhur iş adamı Nuru Əliyevdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar