Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqı “qara siyahı” hazırlayır - Belarusa sanksiyalar tətbiq olunacaq

Avropa İttifaqı avqustun 14-də mübahisəli prezident seçkisi və onun ardınca başlanan etirazları əzdiyinə görə Belarus üzərinə yeni sanksiyaların qoyulması istiqamətində ilk addımını atıb.

"Reuters" yazır ki, Avropa liderləri ittifaqın xarici işlər komissarına məsuliyyət daşıyan şəxslərin “qara siyahı”sının tərtibini tapşırıblar. Belarusa 26 ildir ki, prezidentlik edən Aleaksandr Lukaşenko hazırda hakimiyyətinin ən böyük çətinliyini yaşayır.

On minlərlə etirazçı 6-cı gündür ki, Belarus şəhərlərinin küçələrinə çıxaraq seçki nəticələrinə etiraz edir və səslərin yenidən sayılmasına çağırır.

Belarus Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Lukaşenko səslərin 80, onun müxalifətdən olan rəqibi Svetlana Tixanovskaya isə 10 faiz səsini alıb. 

Avropa İttifaqı xarici işlər nazirlərinin avqustun 14-də keçirilən təcili iclasında İsveçin xarici işlər naziri Ann Linde deyib ki, ittifaq Belarusda zorakılıqlara, həbslərə və seçki fırıldağına görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar qoyulması prosesinə başlayıb.

Xatırladaq ki, Aİ Belarus üzərinə ilk dəfə sanksiyaları 2004-cü ildə tətbiq etmişdi. Bu sanksiyalar 2011-ci ildə insan haqları pozuntuları və seçki saxtakarlığına görə daha da sərtləşdirilmişdi.

Bu sanksiyalardan bir çoxu 2016-cı ildə Lukaşenko siyasi məhbusları azad etdikdən sonra qaldırılmışdı. Lakin silah embarqosu, habelə iki müxalifət fəalının, bir jurnalist və bir biznesmeninin yoxa çıxması ilə bağlı qoyulmuş sanksiyalar qüvvədə qalır. (azadliq.org)

pia.az


Etiket: Belarus

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar