Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərbaycan torpaqlarının işğal faktının arxasındakı real güc Rusiyadır" - Samir Əsədli

 

Tovuz döyüşlərindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası və bu prosesdə beynəlxalq aləmin mövqeyi diqqət mərkəzindədir. Bu məsələdə Rusiyanın münasibəti, şimal qonşumuzun işğalçıya açıq dəstəyi Azərbaycan tərəfindən ciddi etirazla qarşılanır.

PİA.az xəbər verir ki, bununla bağlı Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli fikirlərini açıqlayıb:

"Rusiyanın Ermənistana silah göndərməsi haqda son məlumatlar siyasi şok sayıla bilməz. Kremlin mövqeyi bəllidir və Qarabağ münaqişəsi başlayandan Rusiya işğalçını açıq şəkildə müdafiə edib. Əslində Azərbaycan torpaqlarının işğal faktının arxasındakı real güc elə Rusiyadır.

Ermənistan nə hərbi, nə də siyasi baxlmdan bu işğalı gerçəkləşdirmək gücündə deyil. Ortada Rusiyanın imperalist siyasəti var və postsovet məkanında Gürcüstan, Ukrayna, Moldova timsalında da bu görünür. Qarabağ da Abxaziya, Krım, Dnestryanı ərazi kimi Rusiya təcavüzünün örnəyidir.

Azərbaycan cəmiyyəti iqtidar və müxalfət olaraq bu məqamı açıq ifadə etməlidir. Eyni zamanda bu həqiqəti də dünyaya çatdırmalıyıq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar