Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dini məsələyə görə gənci döyənlər saxlanıldı - DİN əməliyyat keçirdi- Video

Sumqayıt şəhərində bir qrup şəxsin bir nəfərə qarşı zor tətbiq etməsi və bunu lentə alması barədə sosial şəbəkələrdə yayılan videogörüntülər dərhal Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən PİA.az-a verilən məlumata görə, videogörüntülərdə zorakılığa məruz qalanın şəxsiyyəti qısa zamanda müəyyən edilib və onun izahatı alınıb.

Abşeron rayon sakini olan həmin şəxs hadisənin Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verdiyini bildirib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən xuliqanlıq hərəkətlərini törətmiş Sumqayıt şəhər sakinləri Elməddin Babayev, Sərvər Quliyev, Tural Ağayev, Mirzə Mirzəyev, Xalid Abuzərov, Ağsu rayon sakini Vasif Osmanov və Qubadlı rayon sakini Sərvər İmanov saxlanılaraq istintaqa cəlb olunublar.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisədə iştirak etmiş digər şəxslərin də müəyyən edilərək tutulmaları üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar