Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra hakimiyyətindən ən çox tender udan şirkət vergi borcunu ödəməyib

Vergiyə olan borcunu ödəməyən şirkətin əmlakı satışa çxıarılır.

Musavat.com xəbər verir ki, 5 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə müraciət edib. İdarə “Muğan Nemətləri” Şirkətini cavabdeh kimi göstərib.

İdarə məhkəməyə müraciət edərək şirkətin dövlət büdcəsinə ödənilməmiş 1740 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1740 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasını istəyib.

Məhkəmə iddianı əsaslı hesab edərək təmin edib. Şikrətin avadanıqları siyahıya alınaraq satışa çıxarılacaq.

Qeyd edək ki, “Muğan Nemətləri” Şirkəti Salyan Rayon İcra Hakimiyyətindən ən çox tender udan şirkətlərdən biridir.

Məsələn, şirkətə son illərdə Salyan Rayonlararası Psixiatriya Xəstəxanası Ərzaq məhsullarının satın alınması üçün 192 min, Salyan Rayon Mərkəzi Xəstəxanası Ərzaq məhsullarının satın alınması üçün 117 min, Salyan şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – Ərzaq məhsullarının satın alınması üçün 159 min, Çuxanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Ərzaq məhsullarının satın alınması üçün 11 min, Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Ərzaq məhsullarının satın alınması üçün 11 min, Kür Qaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi- Ərzaq məhsullarının satın alınması üçün 5 min, Çuxanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Ərzaq məhsullarının satın alınması üçün 11 min, Kür Qaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Ərzaq məhsullarının satın alınması üçün 5 min manat pul ayrılıb. Şirkətə bundan başqa tenderlərdə də müxatəlif məbləğlərdə pullar ayrılıb.

pia.az 


Etiket: Tender


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar