Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Uğur centlmenləri"nın “çəpgöz”ünün qaranlıq keçmişi - Foto

Kramarov niyə SSRİ-dən imtina etdi?...

PİA.az Sovet kinomatoqrafiyasının əsas simalarından biri olan Saveli Kramarovun təzadlı həyatı haqqında bəzi məqamları təqdim edir.

Saveliy Kramarovun taleyini sadə adlandırmaq mümkün deyil. Onun bütün həyatı demək olar ki, mübarizələrlə keçib. Mübarizəsi əvvəlcə yeniyetməni məktəbdə "çəpgöz" adlandıraraq lağa qoyanlarla, daha sonra valideynlərinin kimliyini gizlətməklə başlayıb. Çünki onun atası Viktor 1938-ci ildə repressiyaya məruz qalmışdı. Bir "xalq düşməni"nin oğlunu isə heç kim İncəsənət və Teatr Universitetinə qəbul etmək istəmirdi.

Lakin Kramarovun bəxti gətirir. Bir müddətdən sonra Meşə Təsərrüfatı İnstitutunun tələbəsi olan Kramarova onu izdihamda izləyən rejissor kömək edir. O, Savelinin maraqlı xarici görünüşünü lentə alır və onu bəyənir. Bir müddətdən sonra bu sima ekranlarda görünür və dərhal sovet tamaşaçıları tərəfindən sevilir.

Sanki taleyin özü Kramarovun aktyor olmasına qərar verir. "Uğur centlmenləri" filmindəki uğuru onu əsl kino ulduzu edir və o, 1974-cü ildə RSFSR-ın əməkdar artisti adına layiq görülür.

Lakin bu uğurlu debütdən sonra onun həyatında yenidən qara günlər başlayır. Rejissorlar onun görünüşünün "Sovet adamının obrazı"na bənzəmədiyini səbəb gətirərək onu filmlərə dəvət etmirlər. Bir müddətdən sonra aktyor təmamilə işsiz qalır.

Əslində isə bu vəziyyətə Kramarovun qatı dindara çevrilməsi, tez-tez Sinaqoqa getməsi və şənbə günləri işləməkdən imtina etməsi təsir edir. İsrailə köçən əmisinin də aktyora tətbiq edilən qadağalarda rolu böyük olur. O dövrün səlahiyyətli insanları Savelidən inancından imtina etməsini tələb edirlər. Lakin o, qətiyyətlə bunu rədd edirdi.

Sonralar aktyor özü bu haqda belə deyirdi: "Praktiki olaraq heç bir çəkilişim yox idi. Bu məni başqa ölkəyə köçmək barədə düşünməyə vadar etdi".

Çarəsiz vəziyyətdə qalan aktyor ABŞ prezidenti Ronald Reyqana məktub yazır və ondan "işləmək üçün şərait yaradılmasını" istəyir. Bundan sonra Kramarovun ABŞ-a köçməsinə icazə verilir və o, 1981-ci ilin oktyabrında Rusiyanı tərk edir.

Kramarov karyerasını ABŞ-da uğurla davam etdirir, hətta "Kino aktyorları" gildiyasına da qəbul edilir. O, zamanın ən məşhur aktyorları Arnold Şvartsenegger və Robin Uilliyams ilə çalışır. Həmin dövrdə onun adı SSRİ-də bütün filmlərin titrlarından çıxarılır. Rejissor Georgi Danelia Kramarovun "Uğur centlmenləri"dəki görüntülərini çətinliklə də olsa qoruyub saxlaya bilir.

Aktyor 61 yaşında San-Fransiskoda xərçəng xəstəliyindən vəfat edir.

Kramarov Sovet kinosunda böyük populyarlığına baxmayaraq heç vaxt Xalq artisti adını almayanlardan biri olub. Sovet rəhbərliyi müxtəlif səbəblər gətirərək xalqın sevimlisini fəxri adsız qoyur. (ölkə.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar