Bazar, 25 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Lukaşenkonun unutduğu kəlam:"Müftə pendir yalnız Putinin tələsində olur"

Vladimir Pastuxov

“Exo Moskvı”, 14.09.2020

Başlanğıcda çox gözəl və çox tanış bir söz var idi – “İttifaq”. Ondan nənəmin libasının naftalini və bayramlarda verdiyi konfetin qoxusu gəlirdi. 90-ların dəhşətlərindən sonra hamı bayram üçün qəribsəmişdi. O vaxtlar onsuz da qoca bir prezident hələ gənc bir prezidentlə şadyanalığa razılaşdı. Birincisi hakimiyyətdən gözəl getmək istədi, ikincisi uzun müddət hakimiyyətdə qalmaq. İnanıram ki, ruhunun dərinliklərində gənc prezident özünü köhnənin yerinə varis kimi görüb, Rusiya və Belarus İttifaq Dövləti, müəyyən mənada bu gün nə qədər gülünc səslənsə də, Rusiyanın Belarusa birləşdirilməsi layihəsi idi.

İndi bunu xatırlamaq, bir növ, ədəbsizlikdir. Ancaq Lukaşenko bir zamanlar Rusiya “sol”unun, vətənpərvərlərin, mühafizəkarların bütü idi və Tanrı bilir ki, siyasi spektrin bu hissəsində olan daha kimlərin. O zamanlar bugünkü kimi karikatura personajı, zalım adamtək görünmürdü. Fiziki və əqli cəhətdən gənc və sağlam idi. İndinin özündə də təsvir olunduğundan daha qəliz adam idi, amma o zaman qoca Yeltsin və Rusiya iqtisadiyyatının xarabalıqları fonunda düşüncə nəhəngi və hətta yeni bir qeyri-liberal rus demokratiyasının potensial atası kimi sayıla bilərdi.

Amma bəxti gətirməyib, Yeltsin taxtını başqa bir gənc və sağlam prezidentə verib və Lukaşenkonun gözəl arzusunu məhv edib.

İttifaq Dövləti layihəsinin inkişafında uzun bir fasilə yaranıb. Müxtəlif səbəblərdən hər iki prezidentin buna xüsusi ehtiyacı yoxudu. Daha doğrusu, Putinə ümumiyyətlə, lazım deyildi və Lukaşenko isə ona bir bəhanə və Belarus iqtisadiyyatı üçün üstünlüklər əldə etmək mexanizmi kimi ehtiyac duyurdu.

İttifaq Dövləti fikri içi boşalandan sonra onu atmağa heyfi gəlindiyi üçün güldan yerinə şkafın üstünə qoyulan bahalı şərab şüşəsinə bənzəyirdi. Bu, Moskva köhnə şüşəyə yeni çəkilmiş şərab tökmək qərarına gələnə qədər davam edib.

2000-cilərin sonrakı illərində gənc Rusiya prezidenti qocalıb və öz tarixi abidəsinin dizaynını düşünməyə başlayıb. Sələfinin fikri xoşuna gəlib, ancaq zamanın ruhu ilə modernləşdirib. İndi Rusiya və Belarus İttifaq Dövləti birləşmə metodu kimi deyil, Rusiyanın Belarusu mənimsəməsi forması kimi qəbul edilməyə başlayıb. İttifaq Dövləti fikri Kremlin ümumi neoimperiya layihəsi kontekstində yenidən yazılıb.

Lukaşenko üçün yeni vaxtlar gəlib-çatıb. Belə bir, hətta havayı İttifaq Dövləti ona lazım deyildi. Ancaq müftə heç kim heç kimə bir şey təklif etmir. Moskva Minskin qollarını ustalıqla burub, indi bütün üstünlükləri Rusiya və Belarusun inteqrasiyasındakı irəliləyişlə əlaqələndirib.

Lukaşenkoya verilən hər iqtisadi vitamin üçün Kreml bir çox xırda siyasi xidmət tələb edib.

Məsələ müəyyən məqamda daxili Rusiya problemlərinin üst-üstə yığılması ilə daha da ağırlaşıb: Kreml İttifaq Dövlətinin yaradılmasının Putinin prezident səlahiyyət müddətinin məhdudlaşdırılması ilə əlaqəli Konstitusiya böhranını həll edə biləcəyinə qərar verib. Bu baxımdan Lukaşenkoya təzyiq dəfələrlə artıb.

Lukaşenko kübar təbəqənin siyasi tarazlığını nümayiş etdirərək əvvəlcə özünü yaxşı aparıb. Ona nə qədər çox təzyiq göstərilibsə, bir o qədər diş qıcayıb. Müəyyən mənada, kişi-qadın münasibətlərindən fərqli olaraq, tərəfdaşın yeməyə görə ödəniş etməsi yaxın münasibətlərə razılaşmaq mənası vermirdi. Lukaşenko naharı yeyir, hətta əlavə yemək istəyir, ancaq yaxın münasibətlərdən çəkinirdi. Üstəlik, bəzən “həyat yoldaşını” incitməyə və gözünü menyudan ayrılmadan yeni yeməklər sifariş etməyə, masaya kənar adamları dəvət etməyə başlayırdı.

Sonda ortaqlar öz Konstitusiyalarını dəyişdirərək problemi təkbaşına həll etməli olublar və Belarusun mənimsənilməsinə olan maraq bir qədər soyuyub.

İşə bir bax, Lukaşenko qəfildən kəndirin üstündə sürüşüb və yerə yıxılıb. Sadə bir tapşırığın öhdəsindən gələ builməyib – formal seçkilər.

Lukaşenkonu çox vaxt Putinlə müqayisə edirlər. İkisi də açıq şəkildə demokratik lider deyil, lakin Putin heç vaxt əksəriyyətin ona qarşı səs verəcəyi vəziyyətdə olmayıb. Seçki prosedurunun nə qədər demokratik olduğuna və s. dair mübahisə edə bilərsiniz, ancaq texniki olaraq Putin bu günə qədər seçkiləri udub. Lukaşenko tamamilə qeyri-demokratik seçkilərdə məğlub olub və ölkəni inqilaba sürükləyib.

Rusiya və Belarus İtttifaq Dövləti ideyasının təkamülünün yeni, son mərhələsi Soçidə başlayır. Birləşmə dəfn edilib, mənimsəmə artıq heç kimə lazım deyil, çünki bahalıdır və Qərblə münasibətlərdə onsuz da tamamilə korlandığı halda yeni risklərlə doludur. İndi Kremlin marağı birdir: münasib qiymətə mümkün qədər çox həzz almaq. (Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İran çətin seçim qarşısında qalıb: Xristian Ermənistanı, yoxsa müsəlman Azərbaycanı müdafiə etməli?

Nazirlər Kabineti nəqliyyatla bağlı qərarda dəyişiklik etdi

Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır

Ermənistan MN: “Rusiyanın Su-30SM qırıcıları döyüş əməliyyatları üçün faydasızdır”

“Noyabrın 1-nə qədər Azərbaycan torpaqlarının böyük bir hissəsini azad edəcək” - Rusiyalı politoloq

“Gəncədə erməni terrorunun növbəti qurbanı Rusiya vətəndaşı olub” - Hikmət Hacıyev + Foto/Video

Azərbaycan ordusunun işğaldan azad etdiyi 154 məntəqə interaktiv xəritədə - Video

Peyğəmbəri təhqir edən karikaturalar dövlət binalarından asıldı - Makrondan skandal addım

“Məmmədyarov “Madrid prinsipləri”ndən danışmaqla erməni “dəyirman“ına su tökür”

Rusiya İnterpol xətti ilə iki azərbaycanlını axtarışa verib 

“SOCAR-AQŞ”nin direktoru işdən çıxarıldı - Yeni təyinat

loading...

Ən çox oxunanalar