Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinin mədəni işğalı: ABŞ Konfutsi İnstitutlarını bağlayır...

ABŞ-Çin rəqabəti, demək olar ki, hər sahəyə yayılarkən, təbii olaraq Vaşinqton da Çinin ən vacib güc elementlərindən biri olan Konfutsi İnstitutlarını və ölkədəki çinli tələbələri hədəf aldı...

Nurettin Akçay
“The Independent” qəzeti, 15 sentyabr 2020-ci il

Təxminən 1,1 milyon xarici tələbənin təhsil aldığı ABŞ-da ən çox çinli tələbələr yaşayır. Ölkədə ümumilikdə 75 Konfutsi İnstitutu var və bunların 65-i ABŞ-ın ən köklü universitetlərində aktiv şəkildə fəaliyyət göstərir. Rəqəmlərə baxdıqda görünür ki, dünyada ən çox çinli tələbənin və Konfutsi İnstitutunun olduğu ölkə Amerikadır.

Lakin son günlərd “casusluq” və “Çin təbliğatı” iddiaları çox gündəmə gəldiyi üçün ABŞ bu məsələlərdə həm çinli tələbələri, həm də institutları hədəf alıb. Vaşinqton rəhbərliyi bu yaxınlarda minə yaxın Çinli tələbənin vizasını ləğv edib və çinli aspirantların və tədqiqatçıların mühüm işləri əldə etməsinə mane olmaq istədiyini bildirib.

Həmçinin, çinli tələbələrlə yanaşı, Konfutsi İnstitutlarına qarşı da təzyiq artıb. Dövlət Katibi Pompeo 13 avqustda verdiyi yazılı açıqlamada Konfutsi İnstitutlarının Çin tərəfindən maliyyələşdirildiyini, ÇKP-nin bir qlobal təbliğat vasitəsi olduğunu bildirib və institutları Çinin xarici missiyaları kimi təqdim edib.

Təxminən 1 ay sonra Pompeo da institutlar haqqında tvit yazaraq institutların ÇKP-nin təbliğat qolu olduğunu söyləyib və Amerika universitetlərində dezinformasiya yaydıqlarını vurğulayıb. Pompeo başqa bir açıqlamasında isə Çinin 40 ildən artıq bir müddətdə ABŞ cəmiyyətinə sərbəst və açıq giriş imkanı olduğu halda, öz ölkəsinə gələn əcnəbilər üçün eyni imkanı yaratmadığını bildirərək Çini tənqid edib.

Pompeo bu barədə haqlı ola bilər, çünki Çin, həqiqətən də öz ölkəsində çox təmkinli davranır. Başqa ölkələrdə öz qurumlarını asanlıqla aça bilən Çin digər ölkələrə eyni azadlığı vermir. Məsələn, Türkiyədəki universitetlər daxilində 4 Konfutsi İnstitutu fəaliyyət göstərir. Lakin Türkiyə illərdir nə qədər cəhd etsə də, hələ Çində Yunus Emre İnstitutu aça bilməyib.

Əlbəttə ki, Çinin bu mövzudakı müdafiəsi də maraqlıdır. Belə ki:

“Biz hər ölkənin qanunlarına tabe oluruq. Qanunların bizə verdiyi hüquqlardan istifadə edərək qurumlarımızı açırıq və heç bir qanunu pozmuruq. Ölkəmizdəki qanunlar digər ölkələrdəki kimi rahat olmaya bilər, ancaq qanunlarımıza tabe olmalarını gözləyirik”.

Çin açıq şəkildə sistemin zəif yerlərindən istifadə etdiyini deyir, lakin beynəlxalq ictimaiyyətin bu bəyanatlara etibar etmədiyini də nəzərə almaq lazımdır. Təbliğata gəldikdə isə bu mövzuda Çinə qarşı ədalətsiz tənqidlər edildiyini düşünürəm. Çünki bu cür qurumların məqsədi ölkə mədəniyyətini tanıtmaq və dilini yaymaqdır. Yəni məqsəd onsuz da təbliğat aparmaqdır.

Bu vəziyyət Konfutsi İnstitutu kimi digər qurumlara da aiddir. “Goethe”, “Cervantes”, “Alliance Francaise”, “Dante Alighieri” və ya Yunus Emre İnstitutunun məqsədi ölkələrini təbliğ etmək və dilini öyrətməkdir. Çin də bunu inkar etmir. 2002-2012-ci illərdə Siyasi Büro Daimi Komitəsinin üzvü Li Çanqçun Konfutsi İnstitutlarını Çinin xaricdəki təbliğat aparatının önəmli bir vasitəsi kimi təqdim edib.

Əlbəttə ki, təbliğat Soyuq Müharibədən qalan bir ifadə olduğu üçün o qədər də xoş səslənmir. Ona görə, ən yaxşı halda deyə belə izah etmək olar ki, institutların məqsədi xalq diplomatiyasını həyata keçirməkdir.

Digər tərəfdən, institutların Çin tərəfindən maliyyələşdirilməsi məsələsi də özlüyündə absurd bir hadisədir. Çünki bunu heç kim inkar etmir. Bununla yanaşı, institutlarla bağlı edilən tək etiraz təbliğat məsələsi də deyil.

2018-ci ildə ABŞ Konqresinə təqdim olunan bir hesabatda Konfutsi İnstitutları vasitəsilə tələbələrin “casusluq” etdiyi iddiaları da gündəmə gətirilib və məsələ ilə bağlı ciddi araşdırmalara başlanılıb. Lakin Konfutsi İnstitutlarına edilən təzyiqlər təkcə ABŞ-da baş vermir. ABŞ-da son 2 ildə təxminən 20 Konfutsi İnstitutu bağlanıb və Avstraliya, Kanada, İsveç kimi ölkələrdəki institutlara da ciddi təzyiq var.

Son illərdə daha az institut açılarkən bu vəziyyət Çinin əlindəki gücü zəiflədir və yanlış düşüncələrə səbəb olur. Çünki institutların 154 ölkəyə yayılması və son həddə çatması nəzərə alınmır. Əslində, Çin rəhbərləri daha əvvəl Konfutsi İnstitutlarının qlobal təşkilatlanmasının 2020-ci ilə qədər tamamlanacağını bildirmişdilər.

ABŞ və müttəfiqləri institutlara təzyiqlərini artırarkən Çin öz mədəniyyətini və dilini dünyanın başqa yerlərində yaymaq üçün hələ də vacib cəhdlər edir. Xüsusilə, Yaxın Şərq və Afrikanın hər bölgəsinə çatmaq istəyən Pekin rəhbərliyi Konfutsi İnstitutları, media və mədəniyyət fəaliyyətləri ilə bu bölgələrdə öz xalq diplomatiyasını da həyata keçirir. Belə ki, bu yaxınlarda Çindən kənarda ilk rəsmi, xalqa açıq olan əyani Çin məktəbi Dubayda açılıb və beləcə, bu sahədə daha bir mühüm addım atılıb.

Bölgədə ən çox institutun olduğu ölkələrdən biri də Türkiyədir. Ölkədə 4 Konfutsi İnstitutu olduğu halda, 5-cisinin də bu yaxınlarda açılması planlaşdırılır. Konfutsi İnstitutu Türkiyədə ilk fəaliyyətinə 2008-ci ildə başlayıb və ilk şöbəsini Yaxın Şərq Texniki Universitetində qurub.

Daha sonra sıra ilə Boğaziçi Universiteti, Okan və Yeditepe Universitetlərində də açılan bu institutlar Türkiyədə effektiv işlər görür. Son olaraq Sakarya Universiteti ilə Çin Paytaxt İdman Universiteti arasında bir protokol imzalanıb və bu protokol daxilində Sakarya Universitetində Konfutsi İnstitutu yaradılmasına qərar verilib. Sakarya Universitetində institutun açılması ilə ümumi institut sayı 5-ə çatacaq.

Afrika isə Çinin xüsusi diqqət yetirdiyi bölgələrdən biridir. Pekin rəhbərliyi bölgədəki ən güclü ölkələrdən biridir. Hər il minlərlə afrikalı tələbəyə təqaüd verir və onları Çinə dəvət edir. Bu çərçivədə bölgədəki güc gücünü artırmaq istəyən Çin Konfutsi İnstitutlarına xüsusi diqqət yetirir.

2018-ci ilin rəqəmlərinə görə, Afrikanın 33 ölkəsində 54 Konfutsi İnstitutu fəaliyyət göstərir. 20 Afrika ölkəsində isə Konfutsi İnstitutu hələ açılmayıb, lakin Çin burada da institut açmaq üçün fəaliyyətini davam etdirir. Nəticədə, ümumilikdə 154 ölkədə fəaliyyət göstərən Konfutsi İnstitutlarının sayı 2019-cu ilə qədər 548-ə çatıb. Doyma nöqtəsinə çatan qurumun açılış sürəti təbii olaraq hər il yavaşlayır.

Bununla birlikdə, xüsusilə ABŞ və müttəfiqləri arasında institutlarla bağlı şübhələr də kəskin şəkildə artıb. İki güc arasındakı gərginlik artdıqca bunun institutlara da təsir göstərməsi qaçınılmaz olur. Pompeo bir müsahibəsində Konfutsi İnstitutlarını bu ilin sonuna qədər bağlamaq istədiklərini açıq şəkildə bildirmişdi.

Qarşıdakı günlərdə nələr olacağı məlum deyil, lakin Çinin daim bu gərginlikdən əziyyət çəkdiyi şübhəsizdir. Bundan əlavə, deyə bilərik ki, institutlar bağlanmasa belə, Amerikanın ağır təbliğatı sayəsində Konfutsi İnstitutları dünyanın bir çox yerində kənarlaşdırmağa başlanılıb.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar