Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda istehsal olunan avtomobildə yerli olan yalnız təkərlərinə vurulan havadır”

Azərbaycan hökumətinin vintaçanla (otvertka) avtomobil, traktor yığmaq, bu prosesin də adını “istehsal” qoymaq sevdasını bilirsiniz. Ölkədə valyuta çıxaran layihələrdir, çünki bütün detallar xaricdən valyuta ilə alınır, məmləkətdə vintaçanla bərkidilir, yəni həm avtomobildə, həm də traktorda yerli olan ancaq təkərlərinə vurulan havadır – qalan hər şey xaricdən dollarla gətirilir”.

Bunu iqtisadçı Natiq Cəfərli deyib.

N.Cəfərli qeyd edib ki, 2020-ci ilin yanvar-avqust aylarında ölkədə 1170 minik avtomobili yığılıb, bu da keçən ilin eyni dövrü lə müqaisədə 326 әdәd və ya 21,8% azdır: “Avtomobillərin 119 ədədi anbarlarda qalıb, aprel ayına qədər (yəni, ilk 3 ayda) Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi 164 ədən avtomobil alıb. Aprel ayından sonra məlumat tapa bilmədim, amma bu il 600-ə yaxın avtomobil almalıdı. Yəni, vintaçanla yığılan maşınların böyük əksəriyyətini büdcə pulu ilə nazirliklər və dövlət qurumları ilə satın alırlar – adını da istehsalat, yerli istehsalçıya dəstək qoyublar. Ümumilikdə son illər dövlət-hökumət qurumları yerli istehsal adı altında 6424 avtomobil alıblar ki, güya, yerli istehsalçını dəstəkləyirlər, əslində isə İran, Çin, Belarus istehsalçılarını maliyyələşdiriblər. Gələk traktorlara, bu ilin ilk 8 ayında ölkədə 165 ədəd traktor yığılıb ki, bu da keçən ilin eyni dövrünə nisbətən 79,8% azdır. Bu il sentyabrın 1-nə ölkədə 144 ədəd hazır məhsul ehtiyatı yaranıb. Yəni, 165 traktor yığılıb, onun da cəmi 21 ədədi satılıb, qalanı anbarlardadı. Traktorları alan da fermerlər deyil ha, yenə dövlət büdcəsi hesabına dövlət orqanlarıdır. Qısası, bu sevda məmləkətə ciddi ziyan vurur, valyuta ilə alınan ehtiyat hissələri ölkədə yığılır, sonra bu məhsul dövlətin özünə büdcə vəsaiti hesabına satılır, büdcədən manatla ayrılan vəsait sonra dollara çevrilib ölkədən çıxır. Mən demirəm ki, bizdə avtomobil, traktor istehsal edilməsin, təbii ki, mümkündür, amma bu o zaman istehsal sayılacaq ki, istifadə olunan parçaların, ehtiyat hissələrinin ən azı 30%-i məmləkətdə istehsal olunsun – bax bu olacaq avtomobil sənayesi. İndi vintaçanla maşın-traktor yığmaq, bunu “uğur” kimi təqdim etmək həm məntiqsizdir, həm də ziyanlı – yerli istehsal təkərə vurulan hava ilə ölçülmür”.(pravda.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar