Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya Bankı: “Azərbaycan səhiyyə və təhsil sahəsində ən çox irəliləyişə nail olmuş 10 ölkədən biridir”

Azərbaycanda gənclər, Avropa və Orta Asiya regionunun digər hissələrində olduğu kimi, uşaqlıq və yeniyetməlik illərində sağlamlıq və təhsilə davamlı yatırımlar sayəsində məhsuldar yetkin insana çevrilmək imkanına malikdirlər”.

PİA.az xəbər verir ki, bu barədə Dünya Bankının yeni dərc olunmuş İnsan Kapitalı İndeksində (İKİ) dünya ölkələrində insan kapitalının pandemiyadan əvvəlki vəziyyəti qiymətləndirilməsinə dair hesabatında qeyd edilib.

Bu ilki hesabatda 103 ölkənin 2010-2020-ci illər arasındakı dövrdə insan kapitalı sahəsində inkişafı təhlil olunub. Bildirilib ki, Azərbaycan səhiyyə və təhsil sahəsində ən çox irəliləyişə nail olmuş 10 ölkədən biridir: “Lakin, Covid-19 pandemiyası və onun nəticəsində əmtəə bazarlarında baş vermiş təlatümlər bu günədək əldə edilmiş nailiyyətləri təhlükə altına qoyur. İctimai sağlamlığın qorunması məqsədilə tətbiq edilmiş pandemiya ilə bağlı məhdudiyyətlər səhiyyə və təhsil xidmətlərinin təmin edilməsini bir sıra çağırışlarla üz-üzə qoyur”.

Hesabata görə, Azərbaycanın IKI göstəricisi 0,58-ə bərabərdir, yəni bu günki şəraitdə Azərbaycanda doğulmuş uşağın böyüdüyü zaman optimal sağlamlığa və tam təhsilə malik bir yetkin insanın məhsuldarlığının 58 faizinə nail olacağı gözlənilir: “Bu, yuxarı-orta gəlirli ölkələr üzrə orta göstəricidən bir qədər yüksəkdir. Bununla belə, Azərbaycanda insanların məhsuldarlığı baxımından inkişaf üçün hələ yer var. Məsələn, regionun inkişaf etməkdə olan iqtisadiyyatlarını götürsək, bu gün Polşada anadan olan uşaq, yetkin yaşa çatdıqda ideal məhsuldarlığın 75 faizinə nail ola biləcəyini gözləyə bilər”.

Avropa və Orta Asiya regionunda hökumətlər artım və inkişafın əsas hərəkətverici qüvvələri olan səhiyyə və təhsilə investisiya qoyuluşuna üstünlük verməkdə uğur qazanıblar. Bununla belə, Covid-19-un ortaya qoyduğu problemlər, insanların keyfiyyətli təhsil və səhiyyə xidmətləri almasını təmin etmək məqsədilə xidmətlərin göstərilməsini və sosial yardım proqramlarını təkmilləşdirmək üçün müasir texnologiyalardan daha çox istifadə də daxil olmaqla daha güclü siyasət reaksiyası tələb edir” - Dünya Bankının Avropa və Orta Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde vurğulayıb.

Dünya Bankı və Azərbaycan Hökuməti tərəfindən bu yaxınlarda tamamlanmış “Sağ qal, Öyrən, İnkişaf et: Azərbaycanın iqtisadi artımını sürətləndirmək üçün strateji insan kapitalına investisiyaların yatırılması” adlı araşdırmada Azərbaycanda insan kapitalının formalaşdırılması və aktivləşdirilməsindəki irəliləyişlər və çağırışlar müəyyənləşdirilib: “Son 10 il ərzində Azərbaycanda uşaq ölümü və uşaqların inkişafdan geri qalması əmsalları əhəmiyyətli dərəcədə azalmışdır. Bununla belə, uşaqların təhsilə cəlb olunduğu illərin artmasına baxmayaraq, öyrənmə prosesinin nəticələrində bərabərsizlik artmaqdadır (imkanlı ailələrdən olan şagirdlərin Uyğunlaşdırılmış Təhsil Nəticələri üzrə göstəriciləri daha yoxsul ailələrdən olan şagirdlərin nəticələrindən üç illik təhsil müddətinə bərabər qədər yüksəkdir). Azərbaycan həmçinin artmaqda olan qeyri-yoluxucu xəstəliklər (QYX) yükü ilə üzləşir. Bu xəstəliklərin müalicəsi üçün vətəndaşların öz ciblərindən ödədikləri xərclər (cari səhiyyə xərclərinin 79 faizi vətəndaşların ciblərindən ödədikləri xərclərdir) QYX-in artımının qarşısını almaq üçün kifayət deyil”.

Təhsil sektorunda insan kapitalının inkişafı problemlərinin öhdəsindən gəlmək üçün Azərbaycanda uşaqların erkən təhsil proqramlarına cəlb olunmasının genişləndirilməsi və ali təhsilin aktuallığının yaxşılaşdırmasının zəruriliyi qeyd edilib. Həmçinin, bildirilib ki, səhiyyə sahəsində sistemin xroniki xəstəliklərə reaksiyası gücləndirilməli və daha yaxşı səhiyyə xidmətlərini təmin etmək üçün maliyyə resurslarının səmərəliliyi yüksəldilməlidir. Sosial müdafiə və məşğulluq sahəsində ölkənin ən həssas təbəqələrini dəstəkləmək üçün sosial yardıma investisiyaları artırmaq və aktiv əmək bazarı proqramlarının əhatə dairəsini və miqyasını genişləndirmək lazımdır.

Dünya Bankının Azərbaycandakı nümayəndəsi Sara Maykl isə deyib ki, Azərbaycan əhalisi – onun "insan kapitalı" - ölkənin ən qiymətli resursudur və Dünya Bankı yaşindan, cinsindən və yaşadığı bölgədən asılı olmayaraq bütün ölkə əhalisinin rifahını və məhsuldarlığını daha da artırmaq üçün imkanları dəstəkləməyə sadiqdir: “Dünya Bankının İnsan Kapitalı İndeksi uşağın sağ qalması (doğumdan 5 yaşa kimi), keyfiyyətə görə korreksiya edilmiş ibtidai və orta təhsilin gözlənilən müddəti; uşaqların inkişafdan geri qalması əmsalı; yetkinlərin sağ qalma əmsalı kimi kritik göstəricilər üzrə uşaqların doğumdan 18 yaşa qədər inkişaf trayektoriyasını əhatə edir. Bu ilin martına olan məlumatlara əsasən formalaşdırılmış 2020-ci il üzrə İKİ pandemiya sonrası bərpa üçün səhiyyə və təhsil siyasətlərini və investisiyalarını əsaslandırmağa kömək edə biləcək pandemiyadan öncəki çıxış vəziyyəti haqqında məlumatları təmin edir”.(APA)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar