Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahibə Qafarova Sergey Lavrovla görüşəcək

Sentyabrın 21-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Rusiya Federasiyasına ilk rəsmi səfər edəcək.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə deputatlardan və parlament Aparatının məsul işçilərindən ibarət rəsmi şəxslər daxildir.

Səfər zamanı Milli Məclisin Sədri Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının Sədri Valentina Motviyenko, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Sədri Vyaçeslav Volodin ilə görüşəcək, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparacaq.

Səfər müddətində Sahibə Qafarovanın Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının plenar iclasında çıxışı gözlənilir.

Rusiya Dövlət Dumasında olarkən Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında Sazişin imzalanması mərasimi keçiriləcək.

Milli Məclis Sədrinin Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov ilə görüşü də nəzərdə tutulub.

Keçiriləcək görüşlərdə parlamentlər səviyyəsində mütəmadi səfərlərin həyata keçirilməsi, qanun yaradıcılığı prosesində təcrübə və informasiya mübadiləsi, nüfuzlu beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimizin iştirakı, regional münaqişələrin həlli yolları, iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə əlaqələrimizin daha da möhkəmləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər sentyabrın 23-də başa çatacaq.(report)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar