Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ədliyyə Nazirliyi və TƏBİB nümayəndələri həkimi ilə birgə Tofiq Yaqubluya baş çəkiblər

Ədliyyə Nazirliyi və TƏBİB-in nümayəndələri "City Hospital"da müalicə olunan Tofıq Yaqubluya baş çəkiblər.

PİA.az-ın xəbərinə görə, TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev bildirib ki, xəstənin vəziyyəti kafi qiymətləndirilir:

"Biz həkim olaraq dərhal aclığı dayandırmasını tövsiyə etdik. Əks halda, aclıq prosesi davam etdiyi müddətdə orqanizmində gedən metobolik proseslər daha da dərinləşə bilər. Hazırkı vəziyyətində isə həyatı üçün təhlükə yoxdur. Ümumi olaraq, T.Yaqublunun vəziyyəti kafi-ağır qiymətləndirilir".

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev də lazım olan bütün tədbirlərin görüldüyünü qeyd edib: "Xəstəxanada şərait yaradılıb. Qida qəbul etməsə də, parentral olaraq ona lazım olan məhlullar köçürülür. Bu gün onun üçün həyati qorxu yoxdur. Lakin biz hər birimiz ona şiddətlə aclığı dayandırmağı tövsiyə etdik".

"Tofiq Yaqublu artıq 16 gündür ki, aclıq elan edib. Biz ona dəfələrlə aclığı dayandırmasını təklif etmişik", - bunu isə T.Yaqublunun vəziyyəti ilə bağlı danışan həkim Adil Qeybulla deyib.

"Mən T.Yaqublu ilə aramızda olan güvənin fonunda xahiş etdim ki, bəzi fəsadların qarşısını almaq üçün infuziya və elektalit köçürülməsinə razılıq versin, T.Yaqublu da razılaşdı. Bu gün TƏBİB nümayəndələri də vəziyyətlə yerində tanış oldu. Bütün dəstək müayinələri də davam etdirilir. Tofiq Yaqublu su qəbulunu da davam etdirir. Ona qidalanma üçün heç bir tələb olunmur, verilən dərmanların da tərkibində qida əlavəsi yoxdur. Onu da qeyd edim ki, ailəsi də hər gün T.Yaqublunun vəziyyəti ilə bağlı məlumatlandırılır", - deyə A. Qeybulla əlavə edib.(APA)

Fotolar

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar