Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Neftçi"nin baş məşqçisi: "Uşaq səhvləri etdik"

"Matça çox ciddi hazırlaşmışdıq. Komanda olaraq, oyuna köklənmişdik, qələbə qazanmaq istəyirdik. Belə rəqiblər xırda səhvləri bağışlamırlar. Meydanda çox əzmkarlıq göstərdik, belə matçda xırda səhv edən məğlub olacaq. Kobud səhvlər məğlubiyyətə səbəb oldu. Qarşıdakı oyunlara köklənəcəyik".

PİA.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov UEFA Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ına 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, rəqibin orta xətti çox güclüdür: "Səhvlərdən istifadə edib, əks hücuma çıxmaq istəyirdik. İkinci hissədə hesabda geri düşəndən sonra komandaya inanırdım. Qurduğumuz plan rəqibin rahat oynamasına icazə verməməlidir. Uşaq səhvləri etdik, bu səviyyədə belə səhvlər olmamalıdır. Qol vurduqdan, qapıda tez qol görmək üzücüdür".

Məmmədov hücumçu Prins İbaradan razı qaldığını sözlərinə əlavə edib: "O, tapşırığı yerinə yetirdi, bizə uyğunlaşdıqdan sonra daha yaxşı olacaq".

Mütəxəssis Səlahət Ağayevin zədəli olduğunu söyləyib: "Yaxın günlərdə məşqlərə başlayacaq. S. Monrozun zədəsi var idi, "Sumqayıt"la görüşə iynə çıxmışdı. Qərar verdik ki, müalicə olunsun, həkimlərin dediyinə görə qarşıdakı günlərdə bizə qoşulmalıdır".(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar