Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Məmmədovla Cavid Qurbanovu nə birləşdirir? - 35 minlik "paket"in missiyası ilə bağlı sensasion iddialar...

Bir neçə ay bundan öncə Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu “Yeni müsavat”ın canlı yayım efirində keçmiş Daxili İşlər naziri İsgəndər Həmidov haqqında ciddi ittihamlar səsləndirmişdi. O qeyd edirdi ki, Azərbaycan Xalq Hərəkatı (AXH) adlı qurumunun qurucularından olan İ.Həmidov əslən Kəlbəcər rayonundan olan bir məmurdan hər ay 35 min manat pul alır.

İ.Həmidov haqqında səsləndirdiyi iddiaların doğruluğunu sübut etmək üçün əlində ciddi faktların, səs yazılarının olduğunu bildirən A.Şakiroğlu onu da qeyd edir ki, həmin məmur aylıq “paket”i kəlbəcərli bir həkim vasitəsilə İ.Həmidova çatdırırmış. O, İ.Həmidova hədiyyə etdiyi smartfon telefonda bu barədə səs yazılarının şahidi olduğunu vurğulayır. Partiya sədrinin iddiasına əsasən, İ.Həmidov özünə dəyəri 100 min manat olan ağ rəngli “Prado” markalı maşın da (bacısı ərinin adına) alıbmış.

Kəlbəcər rayonunda anadan olan İ.Həmidov bu ilin fevral ayının 6-da vəfat edib. Allah rəhmət eləsin.

Azsiyasət.com xəbər verir ki, bu məsələni gündəmə gətirməyin səbəbi İ.Həmidova ötən il aylıq pul verdiyi iddia olunan məmurla bağlı siyasi mühacirlərin yenidən çeşidlənən fəaliyyətlərinin kontekstində yeni sensasion məlumatların əldə olunmasıdır.

Bəs A.Şakiroğlunun iddia etdiyi kimi İ.Həmidova aylıq pul verən kəlbəcərli məmur kimdir?

Əslində İ.Həmidov haqqında yayılan bu məlumatlara, eləcə də, A.Şakiroğlunun onu girov götürməsi ilə bağlı yayılan söz-səhbətlərə 2019-cu il sentyabrın 5-də AXH-nin təsisçilərinin ALDP qərərgahında keçirilən mətbuat konfransında münasibət bildirərək həmin məmurun adını da çəkmişdi:

“Mən heç Cavid Qurbanovdan 35 min manat götürərəm? Ağasif məni girov saxlaya bilər. Bəzi insanların daxilində o qədər çirkab var ki, o çirkabı kiminsə adına yazırlar. Birdən elə qadınlar haqqında elə danışırlar ki, az qalırsan ağzını cırarsan. Amma polis rəisi niyə pul verməlidir. Bizim polis heç kəsə pul verən deyil. Axı 35 min puldur, 35 min gözəl bir xanımın ətridir”.

Bəli, söhbət “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovdan gedir.

Son günlər siyasi mühacirlərin fəaliyyətində bir çeşidlənmə müşahidə olunur və onların Azərbaycanda əməkdaşlıq etdiyi şəxslərlə bağlı əldə olunan ciddi informasiyalar yuxarıda qeyd olunan ittihamları şərh etməyə imkan verir.

Bildiyiniz kimi, AXH-də hazırda İngiltərədə yaşayan, bu gün Türkiyədə həbs olunduğu barədə xəbərlər yayılan “Azerifreedom” yutub kanalının rəhbəri Q.Məmmədov da təmsil olunurdu. “Təmsil olunurdu” desək, düz çıxmaz, demək olar ki, bu qurumun müəyyən bir mərhələ bütün “ideoloji” xəttini Q.Məmmədov formalaşdırıb. Ancaq məsələ başqadır.

Mərhum prezident Heydər Əliyev barədə, eləcə də, dövlət başçısı və onun ailəsi haqqında davamlı olaraq anti-təbliğat işləri aparan “Azerifreedom” kanalının Bakıda bir neçə “jurnalist"ləri var idi. Hazırda da var. Bu “jurnalist"lər Azərbaycandakı sosial problemləri, siyasi çaları olan hadisələri çəkib Q.Məmmodova göndərirlər, pulla satırlar. O da pulla aldığı bu videoları “Azerifreedom”da yayımlayır.

Bilirsinizmi, ən maraqlısı nədir?

Azsiyasət.com-a etibarlı mənbərlərdən daxil olan məlumata əsasən, Q.Məmmodova Azərbaycandan satılan videoların pullarını İ.Həmidov ödəyirmiş. Bir qisminin pulları karta köçürülür, onlardan bankdan çıxarırlarmış.

Ortaya maraqlı bir sual çıxır: Bəs İ.Həmidov Q.Məmmədovun burdakı “mühasibi” kimi pulu kimdən alıb jurnalistlərə verirdi?

Görəsən, iddia olunduğu kimi, C.Qurbanovun hər ay İ.Həmidova verdiyi 35 min manat pulla bunun bir əlaqəsi var idimi?

Yaxud Azərbaycan hakimiyyətində demək olar ki, bütün məmurları adbaad öz yutub kanalında tənqid edən Q.Məmmodov indiyə qədər nə üçün C.Qurbanovla bağlı tənqidi material verməyib və bu barədə niyə danışmayıb?

Maraqlı bir paralellik də diqqəti cəlb edir. Məlumdur ki,Q.Məmmədovla İ.Həmidovun arası qəfil pisləşmişdi. Bu həmin vaxta təsadüf edirdi ki, İ.Həmidov bir müddət siyasətdən getdiyini bəyan eləmişdi.

A.Şakiroğlu iddia edir ki, İ.Həmidov AXH-dəki missiyasını tam şəkidlə yerinə yetirə bilmədiyinə görə, pul aldığı şəxs tərəfindən (Cavid Qurbanov – redaksiya) danlanmışdı. Ona görə də siyasi proseslərdən 40 gün kənarda saxlanılmaqla cəzalandırılmışdı.

Əldə olunan informasiyaların doğruluq yükünü daha da artıran A.Şakiroğlunun “Yeni müsavat”ın həmin canlı yayımında “hazırda başqa bir kəlbəcərli mühacir var ki, ona da həmin kəlbəcərli məmur buradan pul göndərir. Və ona deyir ki, kimi söyürsən söy, məni söymə. Həmin mühacir isə dövlət başçısını və onun ailəsini təhqir edir” fikirləridir.

Hazırda Fransada yaşayan siyasi mühacirlə C.Qurbanov arasındakı sövdələşmənin şok detalları barədə əldə olunan informasiyalar isə daha ilgincdir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar