Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Məmmədovun “həbs şousu” - avantüra və yalanın beləsi...

Sərdar Cəlaloğlu: “O, Azərbaycanda avantürist siyasətin ustalarından biridir”

Sentyabrın 17-də Qurban Məmmədovun Türkiyədə saxlanılması ilə bağlı məlumat yayılıb. Bu barədə Qurban Məmmədovun oğlu Qoşqar Məmmədov özünün feysbuk səhifəsində yazıb. Qoşqar Məmmədov qeyd edib ki, atası xüsusi təyinatlı polislər tərəfindən saxlanılıb. Qoşqar Məmmədov Bakıdan gələn bir qrup şəxsin də oraya getdiyini qeyd edirdi. Həmçinin Qoşqar Məmmədov atası saxlanılan zaman onun yanında tanışlarından bir nəfərin olduğunu da qeyd edib və həmin şəxsin baş verənləri gördüyünü yazıb. Daha sonra atasının İngiltərədə olması barədə məlumat paylaşan Qoşqar Məmmədov ilk yazdığı fikirləri feysbuk səhifəsindən silib.

Bu qədər həngamədən, atasına qarşı “sui-qəsd planının” belə olmasından xəbərdar olduğunu yazan Qoşqar Məmmədovun ilk yazdıqlarını silməsi onun da bu oyunda “rol” aldığına sübutdur.

Bundan başqa, ilk statusunda Azərbaycan hakimiyyətini ittiham edən Qoşqar Məmmədov qeyd edirdi ki, atasının Türkiyəyə gəlməsindən guya bir sıra beynəlxalq təşkilatlar da xəbərdardır. Bir neçə saat sonra isə Qoşqar Məmmədov atası ilə bağlı heç bir problemin olmadığını yazaraq əlavə şərh verməyib.

Maraqlıdır ki, Qurban Məmmədovun Türkiyədə saxlanılması ilə bağlı ilk xəbər yayılanda çoxları tərəfindən birmənalı qarşılanmayıb, bunu bu cür “bulmacaları” adət edən Qurban Məmmədovun oyunu kimi qiymətləndiriblər.

Belə bir versiya var ki, Qurban Məmmədov Türkiyəyə bir neçə gün əvvəl gedib və ya daha əvvəlki səfərlərindən birində bu görüntüləri çəkib. İstanbulda olduğu müddətdə bu barədə məlumat paylaşmayıb. İngiltərəyə qayıtdıqdan sonra İstanbuldan fotolar paylaşıb. Ardınca isə oğlunun bir neçə saat ərzində təkzib etdiyi saxlanılma xəbəri ortaya atılıb.

Bu mövzunun Qurban Məmmədov tərəfindən bilərəkdən ortaya atılmasını inandırıcı edən başqa bir fikir də var. Bakıdakı əmlakının sökülməsi barədə məlumat yayılan zaman canlı yayına çıxaraq bu haqda danışan Qurban Məmmədov bu boyda həngamədən sonra susmağa üstünlük verdi.

Oğlu Qoşqar Məmmədov isə atasının dünən axşam saatlarından özünün “Azərifreedom” kanalında efirə çıxacağını bildirib. Mövzu ilə bağlı Qurban Məmmədovun qardaşı ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a danışıb. Sərdar Cəlaloğlu yayılan xəbərlər barədə heç bir dəqiq məlumatının olmadığını deyib. Amma qeyd edib ki, bu barədə məlumatı ilk eşidən zaman yanlış məlumat olduğunu düşünüb. “Bu məlumata inanmaq da düzgün deyil. Çünki nə Qurban Məmmədov Türkiyəyə gedib, nə də həbs olunub. Türkiyə dövlətinin Qurban Məmmədovu həbs edib Azərbaycana təhvil verməsi Azərbaycanda Türkiyəyə qarşı çox mənfi bir rəyin formalaşmasına səbəb olar. Pis və ya yaxşı da olsa Qurban bəyin də tərəfdarları var. Həm də Azərbaycanda müxalif kəsim Türkiyənin bu hərəkətini yaxşı qarşılamazdı. Bu məlumatı kim yayıbsa, çox yanlış bir məlumatdır. Mən belə düşünürəm. Bu məlumatın nə məqsədlə, niyə yayıldığını bilmirəm, amma hər halda, çox yanlışdır”.

Sərdar Cəlaloğlu qeyd edib ki, bu məlumatlar Qruban Məmmədovun planıdır: “Qurban bəy çox savadlı hüquqşünasdır. Düşünün ki, Azərbaycan hökuməti Qurban Məmmədovu axtarışa verir. Qurban Məmmədov da efirə çıxaraq deyir ki, mən İstanbula gedəcəyəm, filan gölün yanında olacağam. Guya ünvanı da Azərbaycan hökumətinə verib. Demək istəyib ki, məni axtarışa vermisənsə, gəl həmin adresdə tut. Sizcə, Qurban Məmmədov bu cür addım atar? Mən ilk eşidəndə də dedim ki, yalandır. Demək ki, Qurban Məmmədov hökumətə, müxalifətdə olub onu sevməyənlərə qarşı daha bir oyun qurub. Öyrənmək istəyib ki, görüm onlar onun həbsinə necə reaksiya verəcək? Qurban Məmmədov Azərbaycanda avantürist siyasətin ustalarından biridir”.

Partiya sədri bu mövzunun gündəmə gətirilməsinin tərəfdarı olmadığını da deyib: “Bu cür mövzuların gündəmə gətirilməsinin tərəfdarı deyiləm. Bu gün ölkədə xalqın Dağlıq Qarabağ probleminə diqqətini yayındıran istənilən mövzu bizim əleyhimizədir. Belə bir məsələ varsa belə, bunu bu qədər diskussiya mövzusunda keçirmək lazım deyil. İnsanların diqqətini də bu mövzuya kökləmək doğru deyil”.

Qurban Məmmədov “Yeni Müsavat”Media Qrupnunun layihəsi olan “Musavat TV”nin canlı efirinə çıxmağa razılaşıb. O, ilk olaraq yayılan xəbərlərə görə hər kəsdən üzr istədi: “ Çünki sosial şəbəkələrdə Türkiyənin əleyhinə həm hakimiyyətin daxilində, həm də hakimiyyətdən kənarda olan qüvvələr təbliğat apardılar. Bu, çox təəssüfləndirici haldır”.

Q.Məmmədov bu məlumatı məqsədli şəkildə yaydığını da etiraf etdi: “Mən bu müddət ərzində Türkiyədə olmamışam. Azərbaycan hökuməti mənim barəmdə cinayət işi açıb və axtarışa verib. Mən də öz təhlükəsizliyimi daha da artırmalıyam. Mənim başqa bir yerdə müəyyən yoldaşlarla görüşüm var idi. Ona görə də diqqət yayındırmaq üçün bu aksiya planlaşdırıldı. ”İnterpol" məni axtradığı halda başqa ölkəyə gedəsi deyiləm. Buna görə də yayılan məlumata görə təkrar Türkiyə dövlətindən üzr istəyirəm. Hər kəs bilməlidir ki, Türkiyə hüquqi dövlətdir, qanunların şah olduğu müqəddəs bir məmləkətdir".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar