Cümə, 30 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Kipr Belarusa qarşı sanksiyaları bloklayır - Avropa İttifaqı qarşısında Türkiyə şərti qoyulub

Kipr Belarusa qarşı sanksiyalara qol qoyması üçün şərt kimi Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsini qoyub. "The Guardian" qəzeti yazır ki, əslində bir-biri ilə heç bir əlaqəsi olmayan iki məsələnin bir müstəviyə gətirilməsi Avropa İttifaqının qərar qəbul etməsində böhranlı vəziyyət yaradıb.

Kipr Avropa İttifaqından Aralıq dənizində neft-qaz axtarışı apardığına görə Türkiyənin üzərinə sanksiyaların qoyulmasını tələb edir. Avropa İttifaqının qaydalarına görə qərarlar ittifaqın bütün üzv ölkələri tərəfindən dəstəklənməlidir.

Qəzet yazır ki, məhz bu qaydalara görə Avropa İttifaqının ən kiçik üzvü 40 Belarus rəsmisinə qarşı sanksiyaların irəli sürülməsini əngəlləyib. Avropa İttifaqının xarici işlər nazirlərinin gələn həftənin bazar ertəsi günü keçiriləcək iclasında Belarus rejiminin 40 nümayəndəsinə qarşı aktivlərin dondurulması və viza qadağanı kimi sanksiyalar müzakirə olunmalıdır.

Ötən ay Avropa İttifaqı nazirlərinin müvafiq qərarından sonra Belarus rejimi üzərinə sanksiyaların qoyulmasına artıq həll edilmiş bir məsələ kimi baxılırdı.

Avropa diplomatlarından biri "The Guardian" qəzetinə deyib ki, Kiprin belə mövqe tutması kifayət qədər ciddi məsələdir. Həmin diplomat bildirib ki, Kipr faktiki olaraq Belarus sanksiyalarını girov götürüb.

Sentyabrın 16-da Avropa İttifaqı ölkələrinin diplomatları Kipri Belarus sanksiyaları məsələsini “alver predmetinə çevirməməyə” çağırmışdılar.

"The Guardian" yazır ki, avtoritar prezident Aleksandr Lukaşenko barəsində kəskin bəyanatlar verdikdən sonra Belarus rejiminə qarşı sanksiyaların elan edilməməsi Avropa İttifaqının nüfuzuna ciddi zərbə vura bilər.

Avropa İttifaqının Türkiyə ilə münasibətləri Avropa liderlərinin gələn həftə keçiriləcək sammitində müzakirə olunacaq. Ankara şərqi Aralıq dənizində neft-qaz kəşfiyyat axtarışına başlayandan bəri Kipr və Yunanıstan Türkiyəyə qarşı Avropa sanksiyalarının qoyulmasına çalışırlar.

Kipr prezidenti Nikos Anastayades sentyabrın 16-da deyib ki, Avropa İttifaqı öz ixtiyarında olan bütün vasitələrdən istifadə edərək Türkiyəni dayandırmalıdır.

Lakin Avropa İttifaqının əksər üzvləri Türkiyəyə qarşı sanskiyaların qoyulmasına qarşı çıxırlar. Yunanıstan və Türkiyə arasında vasitəçilik edən Almaniya Avropa İttifaqı ilə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan arasında gərginliyin eskalasiyasına qarşıdır. Berlin unutmur ki, Avropa İttifaqı və Türkiyə 2016-cı ildə Avropaya miqrant axınının dayandırılmasına dair saziş imzalayıb.

Bu həftənin əvvəllərində Avropa İttifaqı xarici işlər komissarı Josef Borrell demişdi ki, Ankara və ittifaq arasında həlledici an yetişib.

O Türkiyəni özünün Yavuz neft-qaz kəşfiyyat gəmisini Kipr sahillərindən çəkməyə çağırmışdı.Ötən həftə Türkiyənin Reis Oruc kəşfiyyat gəmisinin mübahisəli bölgədən çıxarılması Ankara və Afina arasında razılaşma əldə ediləcəyinə ümid yaradıb. Avropa diplomatları bildiriblər ki, Kipr vetosunu geri götürərsə, Belarus üzərinıə sanksiyalar artıq gələn həftə elan edilə bilər. (azadliq.org)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

General Karapetyan: “Döyüşlər Şuşa altında gedir, köməyə gəlin, yoxsa Ermənistana qoşunla gələcəyik...”

Xankəndinin yaşayış yerlərində raket qurğuları gizlədilib — Litvalı jurnalist

Prezident Naxçıvanın bu ərazisi ilə bağlı qanuna dəyişiklik etdi

“Laçının azad edilməsi 3 mənada strateji əhəmiyyətlidir...” - Arif Paşa

Dünən Bərdə əhalisnə qarşı törədilmiş vəhşilikdəki rus izi

"Azərbaycan Ordusu Şuşanın yaxınlığındadır" - Qarabağ separatçılarının lideri

Noyabrın 2-dən bütün təhsil müəssisələrində dərslər distant formada keçiriləcək

Cəbhəyə gələn erməni qadınlarının niyyəti nədir? - Foto

Türkiyəyə qarşı yeni təxribat – 155 milyon dollarlıq hərbi xərc

Putin: “Azərbaycan deyir ki, əzəli torpağı olan 7 rayonu qaytarmaq hüququ var”

loading...

Ən çox oxunanalar