Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əflatun Amaşov məlum siyahıdan danışdı: "Hamı hamını tanıyır"

Əflatun Amaşov daha sonra məsələ ilə bağlı bunları deyib:

"Məsələyə dair mənim də fikrimi öyrənmək istəyən həmkarlarım var. Buna görə də münasibətimi yazı formasında bildirirəm.

Məsələ kifayət qədər geniş müzakirəyə səbəb olub. Məni düşündürən bu siyahıda kimlərin, hansı statusda olanların adlarının yer alması deyil. Daha çox siyahının nəyə görə yayımlanmasıdır. Bir çox adlara diqqət yetirəndə adamda belə təəssürat yaranır ki, orada tanıdığımız hər kəsin adı ola bilərdi və hamımız Rusiyaya işləyən kimi göstərilə bilərdik.

Məhz buna görə də əlaqədar qurumlar məsələyə ciddi diqqət yetirməlidirlər. Tam aydındır ki, hansısa siyasi məqsədi gerçəkləşdirmək niyyəti var. O məqsəd nədir, müəyyənləşdirilməlidir.

Ümumən diqqət yetirmişəm, bu mənim şəxsi müşahidəmdir ki, Türkiyə-Azərbaycan münasibətlərindəki qardaşlıq təzahürləri daha çox cəmiyyətə sirayət etdiyi vaxtlarda belə informasiyalar yayılır. Əlbəttə, indi daha dərinə gediblər. Hiss olunur ki, cəmiyyəti qarışdırmaqda bir növ israrlıdırlar. Təbii ki, bu, mümkün deyil. Ən azından ona görə ki, hamı hamını tanıyır.

Bir daha deyim, belə bir məlumatın dövriyyəyə buraxılmasının əsl səbəbi, doğura biləcəyi fəsadlar üzərində dayanılmalıdır. Hiss olunur ki, kimlərsə “baxın, Azərbaycanın üzdə olan, ictimai fikrə bu və ya digər təsiri olan adamları Rusiyaya işləyir” mesajı verilir və kimlərsə də bu mesajı çox incəliklə Azərbaycan cəmiyyətində tirajlayır. Beləliklə həm daxili, həm də beynəlxalq ictimai rəyə təsir göstərilir.

Yenə də vurğulayım ki, bilmədiyimiz nəsə varsa, bunu əlaqədar qurumlar ortaya qoymalıdır. Mövzu ətrafında ciddi araşdırmalar aparılmalıdır. Ümumən məsələyə çox həssas yanaşılmalıdır".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar