Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elman Paşayev vəkillik statusundan məhrum edilib

Rusiyada yaşayan azərbaycanlı vəkil Elman Paşayev vəkillik statusundan məhrum edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Vəkillərinin Federal Palatası qərar verib.

Bildirilib ki, Şimali Osetiyanın Vəkillər Palatası E. Paşayevi vəkillik statusundan məhrum edib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Ədliyyə Nazirliyi azərbaycanlı vəkil E. Paşayevin vəkillik statusunun ləğv olunmasını təklif edib.

Rusiya Ədliyyə Nazirliyi E. Paşayevin vəkillik statusunun ləğv olunmasından ötrü Şimali Osetiya və Moskva üzrə ərazi regional idarələrinə vəkillər palatasına təqdimat vermək üçün tapşırıq verib .

E. Paşayevlə yanaşı nazirlik vəkil A. Dobrovinskinin də barəsində nizam-intizam işinin açılmasını təklif edib.

Xatırladaq ki, E. Paşayev bu ilin iyun ayında Moskvada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədən məşhur aktyor Mixail Yefremovun vəkili olub. A. Dobrovinski isə qarşı tərəfin hüquqlarını müdafiə edib. Məhkəmə aktyor M.Yefremov barəsində 8 il azadlıqdan məhrumetmə cəzası kəsib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar