Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Onlayn ödəmə sistemi nağd pulun yox olmasına gətirib çıxaracaq - Bunun təsirləri özünü necə göstərəcək?

Şübhəsiz ki, insanların yaxın zamanda onlayn pul əməliyyatlarına daha çox yönəldiyinə şahid olacağıq. Çünki Covid-19 pandemiyası nağd pulla da virus keçə biləcəyinə dair narahatlıqları günbəgün artırır...

Hamiş Mekrey
“The Independent” qəzeti, 18 sentyabr 2020-ci il

Covid-19 pandemiyası nağd puldan istifadəyə ölümcül bir yara vurub? Elədirsə, bunun təsirləri özünü necə göstərəcək?

İqtisadi sürprizlərlə bağlı ümumi qayda hazırda davam edən tendensiyaları sürətləndirməkdədir və bu virus sürprizi isə nağd ödənişdən kartlara və telefonlara keçidi daha çox sürətləndirib. Bu bütün dünyada baş verir, lakin proses fərqli sürətlərdə gedir. İngiltərədə təcrid zamanı onlayn ödənişlərin nisbəti 8%-dən 31%-ə yüksəlib.

ABŞ-da bu keçid bir az daha ləng gedir. Koronavirusun təsirindən əvvəl nağd pul hələ də ən çox yayılmış ödəniş forması idi, lakin bu il onun ən kritik həddi ola bilər.

Avropada isə mənzərə daha mürəkkəbdir. Almaniyada nağd pul hələ də üstünlük verilən bir ödəniş metodudur, lakin “McKinsey”in apardığı bir araşdırmaya görə, 2022-ci ilə qədər orada da nağd puldan istifadə yarıya düşəcək.

Digər tərəfdə isə İsveç var ki, bu ölkə həqiqətən heyranlıq doğurur. Çünki İsveç, əsasən sosial məsələlərdə dünya lideridir və əksəriyyətimizin bir neçə ildən sonra necə davranacağına işarə verir. Orada nağd pul əməliyyatları, demək olar ki, ləğv edilib. “Riksbank”ın prezidenti Stefan İnqves bəzi gənc isveçlilərin artıq əsl pulun necə göründüyünə dair heç bir fikri olmadığını söyləyib. İnqves: “Birdən işıqlar sönsə, ya ölkədə kifayət qədər nağd pulumuz olmalıdır, ya da meşəyə geri qayıtmalıyıq. Ciddi bir problem olanda nağd kağız puldan istifadəyə qayıtmaq imkanı həmişə saxlanılmalıdır”, deyə ictimai xəbərdarlıq edib.

Nağd puldan uzaqlaşmağın bir çox üstünlükləri olduğu göz qabağındadır. Sağlamlıq problemləri ilə yanaşı, əşyalar gəzdirmək, boş pul sayğaclarını boşaltmaq, bankomatlara pul qoymaq və yüksək miqdarda nağd pulun tələb etdiyi qaçınılmaz təhlükəsizlik ehtiyacını ödəmək də olduqca baha başa gəlir. Əskinas tapmağa çalışmaq, kiməsə nağd pul vermək və qalıq pulu almaq vaxt tələb edir. Üstəlik, nağd pul vergidən yayınma və ya qanunsuz işlərlə məşğul olmaq kimi əməliyyatlar üçün də istifadə edilə bilir.

Bununla birlikdə, Stefan İnqvesin qeyd etdiyi rabitəsizlik təhlükəsi ilə yanaşı, digər ciddi mənfi tərəfləri də var. Məsələn, hər hansı bir səbəbdən bank hesabına sahib olmayan şəxslər bu xidmətlərdən istifadə edə bilməyəcəklər. Yaxud da hər kəsin smartfonu yoxdur və bir çox yaşlı insan yalnız düyməli telefonlardan istifadə edə bildiyi üçün smartfonlardan istifadə etməməyə üstünlük verir. Həmçinin, telefon batareyaları da tükənir. Qeyri-qanuni fəaliyyətlərin qarşısının alınmasına gəldikdə isə narkotik satıcıları da onlayn ödəmə sisteminə uyğunlaşıblar. Lakin dünya əhalisinin böyük əksəriyyət kağız pulla ödəniş etməyi daha etibarlı hesab edirlər.

Bəs indi nə olacaq?

Pulun tarixçəsinə nəzər yetirəndə əsrlər boyunca ödəniş sistemində demək olar ki, böyük dəyişikliklərin baş vermədiyini görürük. Lakin daha sonra birdən-birə ani sıçrayış nəticəsində qiymətli metal sikkələri çinlilərin ixtira etdiyi, qızıl standartlara dayanan kağız pulla əvəz olundu. Hazırda isə ödəniş sistemində inqilabi yenilik davam edir: kredit kartları, debet kartlar və telefonla ödəniş sistemi və s. meydana gəlib.

Ən vacib fərq isə pulun üç klassik funksiyasına (hesab vahidi, mübadilə vasitəsi, dəyər daşıyıcısı) görə dəyişən alış-veriş üsullarımız arasındadır. Hazırda bu sıçrayışlardan birinin ortasındayıq. Yəqin ki, İsveç modeli normaya çevriləcək, amma heç birimiz İsveçin indiki vəziyyətinə çata bilməyəcəyik. Əksər insanlar ödəniş əməliyyatlarında, əsasən elektron köçürmədən istifadə edəcəklər.

Lakin bunun baş verməsi üçün10 ildən çox vaxt lazımdır. Misal üçün nağd puldan istifadə edən Almaniya indi İsveçin 2003-cü ildə olduğu nöqtədədir. Buna baxmayaraq 10 və ya 20 ildən sonrada İsveç hələ də nağd puldan istifadə edəcək. Eyni şey dünyanın qalan hissəsinə də aiddir.

ABŞ-dakı sosial səbəblərə görə nağd pul vacib ödəniş vasitəsi olmaqda davam edəcək. Çünki ABŞ-dakı məxfilik tələbi Qərbi Avropada olduğundan daha çox yüksəkdir. Nağd pul isə özəl və izlənilməyən bir əməliyyatdır. Yəni daha çox insan pul xərcləyərkən anonimliyini qorumaq istəyəcək və beləcə, ABŞ-da nağd pulun öz funksiyasını yaxın illərdə itirməsi gözlənilmir.

Ortada qəribə bir paradoks da var. Covid-19 nağd ödəmə əməliyyatların nisbətini azaldıb, lakin hər böhranda olduğu kimi insanların nağd pulu əlində saxlamaq istəyini gücləndirib. Bu il Amerikada 2000-ci ildəki Y2K xətasının (1 yanvar 2000-ci ildən sonra köhnə kompüterlərdə və proqram təminatında görülən və tarixlə, zamanla bağlı əməliyyatlarda səhv nəticələrə səbəb olan xəta) səbəb olduğu problemdən sonra nağd dollara tələbatda ən kəskin artım qeydə alınıb.

Bu il martından sonra 11 həftə ərzində dövriyyədə olan dollar 1.809 milyarddan 1.843 milyard dollara qədər artıb. Hazırda ölkədə nağd pul kütləsinə təlabat artmaqda davam edir. ABŞ Mərkəzi Bankına görə, 9 sentyabr tarixində ölkədə nağd pul kütləsi 1.980 milyard dollara çatıb.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar