Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lukaşenkonu dəstəkləmədiyim kimi, Tofiq Yaqublunu da dəstəkləməmişəm...”

Resbuplikaçı Alternativ Partiyasının (REAL) qurucu üzvü, deputat Erkin Qədirli növbəti dəfə sosial şəbəkə istifadəçilərinin tənqidinə tuş gəlib. 

PİA.az xəbər verir ki, Erkin Qədirlinin bu dəfə tənqid hədəfi olmasının səbəbi onun Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barədə etdiyi paylaşımdır. 

“Aleksandr Lukaşenkonu dəstəkləmədiyim kimi, Tofiq Yaqublunu da dəstəkləməmişəm. Hər iki halda dövlətimizi dəstəkləmişəm. Amerikanların sözü olmasın - öncə ölkə (country first). 

Anlayışları qarışdırmayın!”, - deyə deputat yazıb.

Bu paylaşımdan sonra müxalif cameə də daxil sosial şəbəkə fəallarının əhəmiyyətli hissəsi Erkin Qədirlini deputat olandan sonra hakimiyyətlə işbiriliyində ittiham ediblər. Deputat bu ittihamların heç birinə cavab verməyib. REAL-ın sıravi üzvləri arasında deputatı müdafiə edənlər olsa da, hələlik partiya rəhbərliyi susur.

Erkin Qədirli bundan əvvəl Tofiq Yaqublunun həbsini ona qarşı haqsızlıq kimi qiymətləndirmişdi. “Tofiq Yaqublunu (sözügedən kontekstdə) həbs etmək, onu bu qədər həbsdə saxlamaq, ona ittiham hökmünün verilməsini tələb etmək, eləcə də (bu, baş verərsə) ona ittiham hökmü vermək - haqsızlıqdır. Bunu anlamaq üçün vicdana belə gərək yoxdur”, - deyə o bildirmişdi.

Daha sonra isə o fikirlərini bir qədər də konkretləşdirərək Tofiq Yaqubluya azadlıq tələb etmişdi: “Tofiq Yaqublu azad olunmalıdır! Bunun orası-burası yoxdur. Amma sonrası var. Sonrasını onunla öz aramızda danışarıq. Eşq!”

pia.az


Etiket: Erkin Qədirli

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar