BMT-nin İnsan Haqları Şurası Belarusda iddia edilən insan haqları pozuntularının monitorinqi məqsədilə Avropa İttifaqının təqdim etdiyi qətnaməni qəbul edib.
Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkisindən bəri keçirilən kütləvi aksiyalarda Aleksandr Lukaşenkonun istefası tələb edilir.
PİA.az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, Cenevrədə mənzillənən BMT İnsan Haqları Şurası sentyabrın 18-də sözü gedən qətnaməni Lukaşenkanı getdikcə daha çox müdafiə edən Rusiyanın müqavimətinə baxmayaraq qəbul edib.
Şura BMT-nin insan haqları üzrə ali komissarı Miçelle Baçeletə Belarusdakı vəziyyətin daha yaxından müşahidə edilməsi üçün mandat verib. Belarus Xarici İşlər Nazirliyi bildirib ki, BMT-nin bu addımı qorxulu presedent yaradır.
Nazirlik BMT-ni Belarusun daxili işlərinə qarışmaqda ittiham edib.
Avropa İttifaqının Belarusa dair qətnaməsini 47 üzvü olan BMT İnsan Haqları Şurasının 23 üzvü dəstəkləyib. 2 üzv ölkə qətnamənin əleyhinə səs verib. Daha 22 ölkə səsvermədə bitərəf qalıb. Bu iclasda müşahidəçi kimi iştirak edən Rusiyanın səs hüququ olmasa da, o sənədə 17 düzəliş təklif edib.Təkliflərin hamısı rədd edilib.
pia.az