Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gənc oğlan dostu ilə birləşib əmisini öldürdü – Tərtərdə qanlı cinayət

Tərtər sakinini tamah məqsədilə öldürməkdə təqsirləndirilən Zamin Abbaszadə və Cavad Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

PİA.az xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 30-na təyin olunub.

İttihama görə, hadisə ötən il oktyabrın 2-nə keçən gecə Tərtər rayonunun Sarov kəndində qeydə alınıb.

Kənddə "Matı" ləqəbi ilə tanınan Niyaməddin Kərimovun tamah məqsədi ilə öldürüldüyü müəyyənləşib.

Qeyd edilib ki, 20 yaşlı Cavad Kərimov dostu, Kəngərli kənd sakini, 19 yaşlı Zamin Abbaszadəyə əmisində xeyli miqdarda pul olduğunu bildirib.

Zamin Abbaszadə Sarov kəndində yaşayan babasıgillə qonşu olan Niyaməddindən pulun alınması ilə birgə Cavadla plan qurublar.

Onlar 36 yaşlı kişinin sərxoş vəziyyətdə olmasından istifadə edərək ona qarşı zorakılıq ediblər və gecə saatlarında pul tələb ediblər.

Lakin Niyaməddin Kərimov həmin şəxslərə pul verməyəcəyini bildirib, müqavimət göstərib.

Bu zaman dostlar Niyaməddin Kərimovu qətlə yetiriblər.

Hər iki şəxs tutularaq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri ilə ittiham elan edilib.

pia.az


Etiket: Tərtər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar