Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şortik geyinənlərin qıçlarına kislata töküb yandırmaq lazımdır” - Hafiz Hacıyev

PİA.az xəbər verir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O, şortik geyinməyin Azərbaycan mentalitetinə uyğun bir hal olmadığını bildirib:

"Biz müsəlmanıq. Müsəlman dövlətlərində də belə hallar çox az hallarda olur. Qaldı ki, şortiklə imtahan verməyə. Bu, böyük əxlaqsızlıqdı. Görünür azərbaycanlı olmadıqlarınımı demək istəyirlər, yoxsa özlərini Avropadakılar kimi hesab edirlər?! Heç Avropada da belə bir şey yoxdur. Görünür kimdisə ailəsində o cür tərbiyə alıb. O ki qaldı deyirlər qadınlar şortikdə imtahan gedə bilər, onu deyənlər də qələt edir, başlarını daşa döyürlər. Qadınlar daha abırlı, ismətli olmalıdırlar. Azərbaycanı bu hala salmaqdan ötəri, milli qururu, milli qeyrəti öldürməkdən ötrü çalışırlar ki ən pis ənənələri ölkəyə gətirsinlər, sırısınlar. Ona görə mən buna yaxşı baxmıram və zamanında da demişəm ki, şortik geyinənlərin qıçlarına kislata töküb yandırmaq lazımdı. Bu insanların da valideynləri gərək düşünsünlər ki, bu dərəcədə əxlaqsızlıq olmaz. Bunlar Azərbaycan əxlaqına nəyi aşılamaq istəyirlər? Nə demək istəyirlər?

Partiya sədri bu tip ənənələrin ölkəyə gətirilməsinə görə Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sədri Ramiz Mehdiyevi ittiham edib:

"Artıq ölkədə rusdilli məktəblərin inkişafı, digər vaxtilə FETÖ-yə aid məktəblərin Ramiz Mehdiyev tərəfindən açılması, təbliğatı, yayılması... Balıq başdan iylənir. Ona görə Ramiz Mehdiyev kimi Azərbaycanın aparıcısı, qurucusu, ideyavericisi olubsa, belə də olmalı idi. Yaxşı ki, bunlar hələ alt paltarında gəzmirlər. Bu, tərbiyəsizlikdir. Ona görə də mən həmişə buna qarşı mübarizə aparmışam. Azərbaycan xalqının öz adət ənənələri var, o ənənələrə də hamımız riayət etməli, öz dinimizi, dilimizi qoruyub saxlamalıyıq".(Hit.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar