Cümə axşamı, 29 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Sabir Rüstəmxanlı: “Tariximizə laqeyidlik Vətənə xəyanətə bərabərdir”

Milli mədəniyyətimizin, milli irsimizin qorunması sahəsində rəsmi qrumların və vətəndaşlarımızın biganəliyi, mövcud problemlər dəfələrlə tənqid olunub. Ziyalılar, ictimai xadımlər bu istiqamətdə çatışmazlıqlardan dəfələrlə söz açıblar, həyəcan siqnalı çalıblar.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Millət vəkili Sabir Rüstəmxanlı mövzu ilə bağlı deyib ki, mədəniyyətin təbliği və mədəni abidələrinin qorunmasının indiki səviyyəsindən razı deyil:

“Mədəniyyət sahəsinin acınacaqlı duruma düşdüyünü etiraf etmək lazımdır. Dediyimin quru söz olmadığını sübut etmək üçün Azərbaycan Mədəniyyət Nazirliyinin fəaliyyət çərçivəsinə daxil olan bəzi mühüm sahələrə diqqət yetirək. Bunlardan birincisi və mənim düşüncəmə görə ən əsası tarixi abidələrin qorunmasıdır. Azərbaycanın coğrafi yerləşməsi və bu torpaqlar üzərindəki qanlı çarpışmalar bir çox dəyərli mədəniyyət abidəmizin bu günə qədər gəlib çatmasına imkan verməmişdir. Üstəlik zəlzələlər, qədim Şamaxının, Gəncənin, Təbrizin tarixi görkəmini dəfələrlə məhv etmişdir. Amma nə qalırsa ona da şükr etməli və bu qalanları göz bəbəyi kimi qorumalıyıq. Ermənilərin əlində olan İravan, Zəngəzur, Göyçə mahallarında və Qarabağda olan abidələrin dağılmasını haqlı olaraq dünyaya car çəkirik. Bu narahatçılığımızın və düşmənin vəhşiliyini göstərən aydın mövqeyimizin müqabilində gərək öz əlimizdə olan tarixi abidələrimizə münasibət köklü şəkildə dəyişilsin, milli mənəvi və tarixi dəyəri olan hər daşa, kərpicə iriliyindən kiçikliyindən asılı olmayaraq hər tarix yadıgarına qat-qat artıq diqqətlə yanaşılsın. Təəssüf ki belə deyil. Rayonlarımızı gəzib tarixi abidələrimizin nə gündə olduğunu görəndə, Mədəniyyət Nazirliyimizin bu sahədəki işi ancaq qəzəb doğurur. O da bəllidir ki, dövlət bu sahəyə hər il müəyyən miqdarda vəsait ayırır və təəssüf ki, bu vəsait abidələrə çatmamış buxarlanıb, gedir. Mədəniyyətimizin bəzi sahələrinə və bəzi tarixi abidələrə Heydər Əliyev fondunun qayğısı istisna təşkil edir. Təəssüf ki, abidələrin bərpa işi də bir sıra hallarda qeyri peşəkarlara və hətta bu abidələrin dağılmasına maraqlı olan adamlara tapşırılıb. Qusardakı Şeyx Cuneyd məqbərəsinin və Nəvaidəki Pirsaat kompleksini bərpasının vaxtilə erməlilərə tapşırıldığı kimi.

Üstəlik Bakının İçəri şəhəri, Şəkinin tarixi abidələri, Yanar dağ, Atəşgah və sairə məşhur və nisbətən bərpa olunmuş yerlər də bizə məlum olmayan mülahizələrlə turizm agentliyinə verilmişdir. Turizmin təbliğatının əhəmiyyətini başa düşürük, lakin bərpa və qorumaq sahəsində nə iş görə bilərlər, bizə bəlli deyil. Qorxuruq ki, Mədəniyyət Nazirliyindən daha laqeyid yanaşsınlar. Tarixi abidələr də dədə və babalarımızın bizə əmanət qoyduğu yadigarlardır. Ona və onun təmirinə ayrılan pulu necə yemək olar? Bu ürək ağrıdan bir haldır. Aparılan bərpa işləri də çox bərbad vəziyyətdədir. son vaxtlar payaxtda tarixi abidələrin bərpa işləri gedir. Bu “bərpa”dan sonra abidədən heç nə qalmır. Onu memarlıq incisi edən elementlər yoxa çıxır. Elə Bakının özündə yerləşən tarixi binalarda bərpa-yenidəqurma işləri aparıldıqdan sonra o binlarda tarixdən əsər-əlamət belə qalmadı. “Bərpa” adıyla abidələrin xarici görünüşü təhrif olunur. Tarixə biganəlik var. Bu açıq-aşkar görünür”. S.Rüstəmxanlı tarixi abidələrlə bağlı daha bir problemin arxeloji qazıntılar sahəsində olduğunu bildirib: “Azərbaycan torpağının altı da üstü də tarixdir. Torpağın altında min illər öncəki tariximizi aydınladan yüzlərlə abidələr var. Bu abidələr üzə çıxarılmalı, araşdırılmalı və keçmişizə işıq salan abidə kimi gələcək nəsillərə çatdırılmalıdır. Bu işdə Mədəniyyət Nazirliyi, Tarix İnistitutu xüsusilə məsuliyyət daşıyır.”

Millət vəkili həmçinin bildirib ki, mədəniyyətimizin başqa bir son dərəcə mühüm və milli taleyimiz üçün əhəmiyyətli sahəsi rayonlarımızdakı, kəndlərimizdə mədəniyyət evləri, klublar və kitabxanalardır: “Təəssüf ki, adları çəkilən mədəniyyət ocaqları son illərdə sanki düşünülmüş şəkildə yarıbayarı azaldılıb. Yerdə qalanları da illər uzunu təmir edilmir. Nazirliyin əməkdaşları bu mədəniyyət ocaqlarına “Qətliam” ehtirasını güya kitabxanalara gedənlərin azlığı və yeni kitabların kitabxanalara gedib çatmaması, binaların köhnəliyi ilə izah edirlər. Üzürü günahından betər. Nazirlik ildə cəmi 50-60 kitab buraxır və onun da tirajı da 500-1000 nüsxədən artıq olmursa, burada kitabxanaların nə günahı?! Niyə ənənəvi bir korrektor sistemi bərpa edilməsin. Mədəniyyət nazirliyinin əsas işlərindən biri hər il nəşriyyatlarda buraxılması nəzərdə tutulan kitablara sıfariş verib, hər kitablara heç olmasa bir nüsxə mövcud kitabxanaların hər birinə göndərməkdir. Vaxtilə dövlət bu işə müəyyən miqdarda vəsait ayırırdı. İndi o vəsait tamamilə dayandırılıb, niyə? Əslində bu Azərbaycan büdcəsinə heç bir ağırlıq etməyəcək, xırda bir vəsaitdir, amma Azərbaycan kitabının nəşriyyatlarının kitabları və nəhayət müəlliflərin, oxucuların taleyində az qala inqilabi bir dəyişiklik olar. Həm kitablar gedib ən ucqar kəndlərimizə çatar, həm kitabların tirajı artar, həm nəşriyyatların sabiq durumu yaxşılaşar və bu yolla müəlliflər də müəyyən miqdarda qanarar ala bilər. Yəni bu boyda əhəmiyyətli bir işi necə qulaq ardına vurmaq olar?! Mədəniyyət Nazirliyinin vəzifəsi müxtəlif bəhanələrlə mədəniyyət evlərinin qapısından qıfıl asmaq yox, adamların bu ocaqlara cəlb edilməsidir. Ümumi mədəniyyət səviyyəsinin yüksəldilməsinə çalışmaqdır”.

S.Rüstəmxanlı mədəniyyət işinin ən mühüm sahələrindən biri kinomotaqrafiya sahəsaindəki problemlərə də diqqət çəkib: “Bu gün bütün dünyada kino işi həm dövlətlərin milli-mənəvi gücünün göstərilməsi, həm sənətkarlıq, həm də iqtisadi baxımdan son dərəcə əhəmiyyətli və cazibədar bir yaradıcılıq və qazanc sahəsinə çevrilmişdir. Filmlər bir sıra ölkələrin siyasətlə, diplomatiya və savaşla deyə bilmədiklərini deyir. Bu gün Azərbaycanın müharibə şəraitində olması, ölkımizə qarşı ciddi anti təbliğat prosesi getdiyi bir vaxtda filmlər azərbaycanın informasiya savaşının ən mühüm bir qanadı və gücü ola bilər. Bunu dərk etmək o qədər də çətin bir iş deyil. Təəssüf ki, bu gün Azərfilm kino studiyası dağılmış bir vəziyyətdədir. Halbuki, binanın təmiri və yeni texnika ilə təchizi barədə illərlə danışıq gedir, amma ortada bir iş yoxdur. Ayrı-ayrı praduserlərin çəkilişləri dövlət studiyasını əvəz edə bilməz. Milli mədəniyyətimizin təbliğatı sahəsindəki uğurları ilə də öyünə bilmərik. Teatrlarımızın, musiqi kollektivlərinin peşəkarlıq səviyyyəsi ildən ilə aşağı düşür. Belə bir təsəvvür yaranır ki, bizim nazirliyin işi Azərbaycan mədəniyyətinin xaricdə təbliq etməkdən daha çox başqa mədəniyyətləri Azərbaycanda təbliğ etməkdir. Multi kulturaizm adı altında bəzən azərbaycanı vahid bir gücə çevirən mədəniyyət birliyi unudulur”.

S.Rüstəmxanlı deyib ki, son illərdə ölkənin rayonlarında klublar, kitabxanalar yarıbayarı azalıb, işçilər işdən çıxarılıblar, həmin binaların kimlərə verildiyi bilinmir. Onun qeyd etməsinə görə, Mədəniyyət Nazirliyinin xətti ilə ildə 500-1000 nüsxə olmaqla 50-60 kitab nəşr edilir, onlar da kitabxanalara belə çatmır: “Bu gün rayonlarda kitabxanalarımız yarı-yarıya ixtisara düşüb, mədəniyyət evləri təmir olmadığı üçün pis gündədir. Yeni çapdan çıxan kitablar rayon kitabxanalarına göndərilmir”. Millət vəkili hesab edir ki, əsas təbliğat vasitəsi filmdir, bütün ölkələr yeni filmlər yaradırlar, Azərbaycanda isə texniki təchizat və başqa səbəblər üzündən yeni filmlər çəkmək mümkün deyil. S.Rüstəmxanlının fikrincə, abidələrinin qorunması da yetərli deyil: “Abidələrin qorunması üçün kifayət qədər vəsait ayrılır, amma normal bərpa edilən bir abidə yoxdur, bu işdə sistem görünmür. Milli mədəniyyətin təbliği çox aşağıdır, bununla da heç nə etmək olmaz”.

Bir müddət öncə keçirilən əməliyyat mədəniyyət nazirliyindəki problemləri də üzə çıxardığını bildirən millət vəkili bildirb ki onsuz da tarixi abidələrimiz az qalıb, onların da hansı vəziyyətdə olduğu hər kəsə bəllidir: “Mən bütün detalları bilmirəm, ancaq tarixi abidələrə ayrılan pullar mənimsənilibsə, bu böyük cinayətdir. Keçmişə, tariximizə edilən xəyanət Vətənə xəyanətə bərabərdir. Ölkədə mövcud rüşvət, korrupsiya hallarının qarşısının alınması məqsədi ilə aparılan əməliyyatların nəticəsində mədəniyyət nazirliyində üzə çıxan mədəniyyət düşmənçiliyi halları, mədəniyyətə ayrılan pullara göz dikmək şərəfsizliyi utancverici bir haldır. Arzu edərdik ki, mədəniyyət nazirliyinin yeni rəhbəri bütün bu halları nəzərə alsın, mədəniyyət işinə can yandıran bütün ziyalıların fikir və təkliflərini nəzərə almaqla doğurdan da yeni bir strategiya hazırlasın və mədəniyyətimiz bu biganəlik zolağından çıxartsın”.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub yazdılar

Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərini şəhərləri tərk etməyə çağırıb

Rusiya Azərbaycana və Türkiyəyə həqiqətən yaxın ola bilərmi?..

“Türkiyə Rusiyanın atmağa qorxduğu addımları atır” - Ukraynalı politoloq

Türk “F-16”-ları xarici mətbuatın “qarın ağrısı”na çevrilib

Fransada Dağlıq Qarabağ münaqişəsi haqqında reportajın müəllifi kəskin tənqid olunur

“Ərdoğan bu üç ölkəyə xəbərdarlıq etdi” - Politoloq

Ermənilərin “müqəddəs ata”sı ordumuz tərəfindən zərərsizləşdirildi - Foto

Zəngilanda düşmənin diversiya-kəşfiyyat qrupu məhv edildi – Video

Bərdəyə raket atılması nəticəsində 21 nəfər ölüb, 70 nəfər yaralanıb - Yenilənib

Vəzifəsindən götürülən, "milli qəhrəman" adı verilən "general" - Deyirlər işinin başına qayıdacaq

loading...

Ən çox oxunanalar