Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kaspian Drillinq Kompani Limited” şirkəti işçilərin hüquqlarını kobud şəkildə pozur

Şirkət pandemiyanı əsas gətirərək işçilərə qarşı qanunsuz tələblər irəli sürür və qanunsuz tələblərə uymayan fəhlələri işdən çıxarmaqla təhdid edir...

“Kaspian Drillinq Kompani Limited” şirkətində çalışan bir qrup işçi şirkət rəhbərliyinin qanunsuz tələbləri ilə bağlı PİA.az-a müraciət edib. Müraciətdə qeyd olunur ki, karantinlə bağlı şirkət rəhbərliyi şçilərə qarşı yerinə yetirilməsi mümkün olmayan tələblər irəlü sürür.

Xatırladaq ki, iyulun 22-si “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı”-nın rəhbəri Mirvari Qəhrəmanlı öz Facebook-səhfəsində xəbər verirdi ki, “Kaspian Drillinq Kompani Limited” MMC “şirkətinin Baş direktoru F.Ə. Axundov karantin qaydalarını pozma səbəbi ilə iki işçisini işdən azad edib, İşçilər əmrin ləğv edilməsi və işə bərpa barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib, NHMT hüquqşünası 3-cü tərəf kimi işçiləri məhkəmədə müdafiə edəcək”. Avqustun 31-i isə Bakı şəhər Nəsimi rayon məhkəməsinin hakimi Natavan Sadıqova iddianı təmin etdi. İddia “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə” ilə bağlı idi. Məhkəmə işçilərin işdən azad etmə səbəbini əsassız hesab edib, müvafiq əmri ləğv etdi.

Başqa sözlə karantin dövründə Azərbaycanın ən iriservis şirkətlərindən birində qanun pozuntusu məhkəmə tərəfindən təsdiqləndi. Bunu nəzərə alaraq biz şirkətdə real vəziyyəti təhlil etməyə qərar verdik. Nəticə etibarilə qanun pozuntularının davam etdiyini müşahidə edə bilərik. İlk əvvəl şirkət barədə danışarkən, qeyd etmək lazımdır ki, bu şirkət 1996-ci ilin oktyabrın 16-da qeydiyyata alınıb. SOCAR-ın saytında verilən məlumata görə şirkətin iki səhmdarı mövcuddur: SOCAR (92,44%) və Union Grande Enerji PTE Ltd (7,56%) . Sonuncunun sahibi isə Anar Əliyevdir. Vaxtilə onun SOCAR rəhbərliyi ilə sıx əlaqədə olduğu qeyd olunurdu.

Dövlət Vergi Xidmətinin məlumatına görə şirkətin qanuni təmsilçisi Fərid Əflatun oğlu Axundovdur. O hətta 2013-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdü . Reyestrin məlumatına görə şirkətin nizamnamə kapitalı isə 285,8 milyon ABŞ dolları təşkil edir. Şirkətin dövriyyəsi barədə məlumatımız yoxdur. Rəsmi saytda son hesabat 2016-ci ilə aiddir və illik gəlirin həcmi orada 423 milyon dollar göstərilib. Bazarda olan məlumatlara görə bu şirkət nisbətən daha yüksək məvacib ödəyən şirkətlər sırasındadır.

Amma bütöv iqtisadiyyatda olduğu kimi bu şirkətdə də vəziyyət son zamanlar o qədər də qənaətbəxş deyil. Koronavirus pandemiyası isə vəziyyəti daha da ciddiləşdirdi. Yuxarıda qeyd olunan işdənçıxma məsələsi isə problemlərin kəskinləşməsinin göstəricisidir.

Belə ki, normal dövrdə şirkətin işçiləri 15 gün istirahət və 15 gün iş rejimi çərçivəsində çalışırdılar. Amma karantin qaydalarının tətbiqi bu vəziyyəti dəyişdirdi. İlk müddət digər şirkətlərdə də olduğu kimi, onlar da işçilərə 2 həftəlik karantin tətbiq edirdilər. Bundan başqa 15 günlük iş dövrü 1 aylıq iş müddəti ilə əvəzləndi. Yəni faktiki olaraq işçilər 6 həftə ailələrindən təcrid olunmuş vəziyyətdə qalırdılar. Buna baxmayaraq işçilərə əlavə ödəniş edilmirdi.

Bununla belə işçilər müvafiq qaydalar ilə bağlı şikayət etməsinlər deyə onları iltizam ərizəsini imzalamağa məcbur edirdilər. Ərizəyə görə karantin qaydalarını pozan işçilər işdən azad oluna bilərdilər. Yuxarıda qeyd etdiyimiz iki işçi məhz karantinin ilk müddətindən bu səbəbə görə işdən azad olmuşdular.

Qeyd olunan məhkəməni nəzərə alaraq indi şirkət karantin tədbirlərini bir qədər dəyişdirib və artıq sentyabrın 1-dən etibarən bunu 1 həftəyə kimi azaldıb (baxmayaraq ki, digər şirkətlərdə artıq çoxdan 3-7 gün karantin mövcuddur). Maraqlıdır ki, indi işçilərdən əlavə 2-3 günü evdə təcrid olunmuş vəziyyətdə keçirmə tələb olunur.


Şəkil 1 İltizam

Hansı əsasla şirkət bu qaydaların pozulduğuna görə işçiləri işdən çıxarılmaqla hədələyir – bəlli deyil. Nə Əmək məcəlləsi, nə də yuxarıda qeyd etdiyimiz məhkəmə belə əsası qanunauyğun tapmayıb.

Eyni zamanda fəhlələrin iş yerində saxlanma şəraiti də yaxşı olmasından çox uzaqdır. Bizim məlumata görə, ilk müddət işçilər Mərdəkanda hansısa “mehmanxana”ların birində saxlanılıb. Orada şərait qeyri-qənatəbəxş olduğundan, şirkət adi yaşayış konteynerləri alıb və Qaradağ rayonu ərazisində yerləşdirib. İşçilər də məhz bu şəraitdə 2 həftəni keçirməlidirlər. Yəni şirkət ən ucuz variantdan istifadə edib. Saxlanma şəraiti ilə bağlı isə siz aşağıdakı şəkilləri görə bilərsiz. Səhralığın faktiki ortasında olduğuna görə şərait heç də təmizliyi ilə seçilmir.

Fotolar


Şəkil. 2, 3, 4, 5, 6

Başqa sözlə işçilərin saxlanma şəraiti normal tələblərə uyğun deyil və eyni zamanda işçilərin istismarı da davam edir (1 ay işləməsinə baxmayaraq eyni əməkhaqqı ödənilir və s.). Buna görə işçilərin məlumatına görə başqa işi tapa bilən şəxslər artıq işdən çıxıblar.

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar