İnternet əsri olsa da, Mingəçevirin bir neçə küçəsində hələ də internet yoxdur.
Baku Tv xəbər verir ki, şəhərdə ucqar kənd həyatı yaşayanlar elə əvvəlki Mingəçevir kəndinin, hazırda isə, Sahil, Nəsimi, Mənsur Fərruxov küçələrinin sakinləridir. Adiyyəti qurumlar hər il söz versələr də, ərazi internetlə təmin olunmur.
Mingəçevir Telekommunikasiya Qovşağından bildirildi ki, onlar məsələyə aydınlıq gətirə bilməyəcəklər. Bunun üçün nazirliyin mətbuat xidmətinə müraciət olunmalıdır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən isə Mingəçevir telekommunikasiya şəbəkəsinin müasirləşdirilməsi üzrə layihənin hazırlandığı deyildi.
Layihəyə uyğun olaraq görüləcək işlərin nəticəsində sözügedən Nəsimi, Mənsur Fərruxov küçələri ilə yanaşı, digər küçələrin sakinlərinin də telekommunikasiya xidmətləri ilə təmin edilməsi planlaşdırılır.
pia.az