Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mentalitet sözü aradan qaldırılmalıdır” – Novella Cəfəroğlu  

Bir neçə gün əvvəl texnobloger Fərid Pərdəşünasın sosial şəbəkə hesabında sürücülük vəsiqəsi imtahanı üçün Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qeydiyyat və imtahan binasına əynindəki şortik səbəbilə buraxılmaması ilə bağlı yazdığı post müzakirələrə səbəb oldu. BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev mətbuata açıqlamasında bildirdi ki, geyimlə bağlı heç yerdə qadağa yoxdur. Amma milli mentalitetimizdə də dövlət orqanlarına çəkələklə, şortiklə getmək etik cəhətdən qəbulolunmazdır. Mövzuyla bağlı Teleqraf.com-a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, sosial müstəvidə hər kəs bərabərdir: “Hər şeydə kişilərə icazə verirlər, bu məsələdə niyə icazə verməsinlər, başa düşmürəm. Bu günə qədər hər şey mentalitetimizə uyğun idi, bu, uyğun gəlmədi? Hesab edirəm ki, düzgün yanaşma deyil. Lüzumsuz yerdə mentalitet bəhanəsi irəli çıxır, lazım olan yerdə heç mentalitetdən danışılmır.

Ümumiyyətlə, mentalitet sözü aradan qaldırılmalıdır. Bizim qadınlarla kişilərin həmişə dədə-babadan bərabərliyimiz olub. Bizdə məhdudiyyət olmayıb. İnkişaf etməmiş dövlətlər qadını çarşafa bürüyüb, bizim millətdə isə qadın hər zaman söz yiyəsi kimi tanınıb. Kişilərlə bərabər hüquqlu olub.

Mentalitet xoşuma gəlməyən sözdür, milləti aşağılayan ifadədir. Bizim ənənələrimiz var, qadına hörmət göstərilirdi, amma onu mentalitetə aid etmək düzgün deyil”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar