Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-nin 75 illiyi münasibətilə yüksək səviyyəli görüş keçirilir

Birləşmiş Millətlər Təşkilatının (BMT) 75 illiyi münasibətilə yüksək səviyyəli görüş keçirilir.

PİA.az-ın xəbərinə görə, görüşün açılış mərasimində çıxış edən BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkır ötən illər ərzində beynəlxalq təşkilatı dəstəkləyən hər kəsə təşəkkür edib.

V. Bozkır bildirib ki, 75 il əvvəl İkinci Dünya müharibəsindən sonra bünövrəsi qoyulan platformanın əsas məqsədi beynəlxalq addımları harmoniya içərisində həyata keçirmək olub.

Baş Assambleyanın Prezidenti əlavə edib ki, sülh, təhlükəsizlik, insan hüquqları və inkişaf BMT-nın əsas təbliğ etdiyi sahələr olub və bunlar bir-biri ilə sıx bağlıdır: “BMT-nin barışıq missiyaları dünyanın müxtəlif regionlarında sülhə nəzarət edir, təşkilatın siyasi missiyaları müxtəlif münaqişələrə davamlı həll yolu tapmaq üzərində yorulmadan çalışırlar. BMT-nin müəyyənləşdirdiyi normalar beynəlxalq mühitin tənzimlənməsinə dəstək verir”.

Onun sözlərinə görə, bu gün dünya müxtəlif ortaq problemlərlə üzləşir ki, bunlardan iqlim dəyişikliyi, texnologiyanın yaratdığı fəsadlar, pandemiya xüsusi vurğulanıb: “Üzv dövlətlər qlobal problemləri ciddi şəkildə qəbul etməli, öz resurslarını bu istiqamətə yönəltməli və bununla bağlı siyasi iradə göstərməlidirlər. İndi hərəkət zamanıdır”.

Daha sonra BMT-nin Baş katibi Antonio Quterreş çıxış edib. O deyib ki, sülh, ədalət və bərabərlik BMT-nin əsas qayəsidir. BMT-nin bu günə qədər bir sıra uğurlara imza atdığını deyən A. Quterreş bundan sonra da görüləcək bir çox işlərin olduğunu bildirib.

O qeyd edib ki, bu gün dünyada yoxsulluq səviyyəsi, etnik nifrət artıb, ölkələr nüvə silahları hazırlayır və son ildə meydana çıxan pandemiya dünyanın necə kövrək olduğunu göstərir: “Bütün bunlara görə biz daha çox ambisiyalı olmalı, açıq baxış ortaya qoymalıyıq, ümumi dəyərlərimizə söykənərək, birgə məsuliyyət nümayiş etdirərək dünyamızın üzləşdiyi problemlərə qarşı həll yolları tapmalıyıq”.

Virtual formatda keçirilən görüşdə digər yüksək səviyyəli rəsmilər və gənc aktivistlər də çıxış edib.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar