Çərşənbə axşamı, 27 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Nazirlik "Funda" tibb mərkəzində qanun pozuntuları aşkarladı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İLLAC” MMC-yə məxsus Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsi, 45 ünvanında yerləşən “Funda” tibb mərkəzində vergi nəzarəti tədbirləri həyata keçirib. Nəzarət tədirləri zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, işçilərin hüquqi qüvvəyə minmiş əmək müqaviləsi əsasənda işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi vəziyyəti yoxlanılıb.

PİA.az xəbər verir ki, "Funda” tibb mərkəzinin rəhbərliyi - direktor Hümbətov Asim Yusif oğlu və həkim Hümbətova Lamiyə Yusif qızı mühasibatlıq və pul sənədlərinin təqdim edilməsi ilə bağlı vergi xidməti əməkdaşlarının qanuni tələblərinə əməl etməyib, operativ nəzarət prosesinin gedişatına maneçilik törədiblər. Vergi nəzarəti tədbirləri zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmadığı, o cümlədən göstərilmiş tibbi xidmətə görə müştəri tərəfindən ödənilmiş nağd pul vəsaitinin dövriyyədən yayındırılması faktları aşkar edilərək müvafiq akt tərtib edilib. Bundan başqa, 27 nəfər tibb işçisinin əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadan işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiyi aşkar olunub.

Vergi orqanı əməkdaşları tibb mərkəzinin işçiləri ilə sorğu apararkən mərkəzin rəhbərliyi nəzarət prosesinə maneçilik törədərək sorğuya müdaxilələr edib, əmək müqaviləsi olmayan 13 heyət üzvünün (onların şəxsiyyətləri müəyyən edilib) izahat verməkdən yayındırılmasına, onların tibb mərkəzindən müxtəlif yollarla kənarlaşdırılımasına şərait yaradıb.

“Funda” MMC-nin rəhbərliyi qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq zəruri sənədlərin və məlumatların vergi xidməti əməkdaşlarına vaxtında təqdim edilməsini təmin etməyib, onların fəaliyyətinə ciddi maneələr yaradıb.

Vergidən yayınma faktlarının gizlədilməsinə yönəlmiş hərəkətlər və aşkar olunan nöqsanlar Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən akt və protokollarla rəsmiləşdirilib. Nəzarət tədbirlərinin həyata keçirilməsinə maneçilik törədilməsi faktı üzrə materiallar müvafiq hüquqi qiymət verilməsi üçün Nərimanov Məhkəməsinə göndərilib. Araşdırmalar davam edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir daha vergi ödəyicilərini qanunvericilyin tələblərinə ciddi şəkildə əməl etməyə, həmçinin operativ nəzarət tədbirləri zamanı vergi əməkdaşlarının iş prosesinə süni maneələr törətməməyə çağırır və bildirir ki, bu cür halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması təmin ediləcəkdir.(Fins.az)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Baş Nazir Təhsil Nazirliyi ilə bağlı qərarını dəyişdirdi

Paşinyan yenə sərsəmlədi: Dağlıq Qarabağın müstəqilliyindən danışdı

Paşinyan Ermənistanın fərarilərinə müraciət etdi

Ermənistanın S-300 kompleksləri Azərbaycanın dron zərbəsindən sonra

"Azərbaycanda müharibədir, toy etməyimiz düzgün deyil"

Paşinyan: "Erməni xalqı ağrılı güzəştlərə hazırdır"

Müdafiə Nazirliyi qəhrəman hərbçilərimizi tanıdır - Video

Ordumuz Laçın dəhlizinə nəzarəti gücləndirdi

Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan ordusu Zəngəzura (Sünikə) çatdı)  

“2-3 günə daha 2 rayonu azad edəcəyik” - Bitdi özəl status məsələsi!

Paşinyan həyat yoldaşını Qarabağa döyüşə göndərir

Azərbaycan ordusunun məhv etdiyi erməni hərbçilərin daha bir görüntüsü - Video

loading...

Ən çox oxunanalar