Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan, Merkel və Şarl Mişelin üçtərəfli videokonfrans formatında görüşü olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Angela MerkelAvropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin üçtərəfli videokonfrans formatında görüşü olub.

Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, 1 saat 40 dəqiqə çəkən görüşdə Türkiyə-Avropa İttifaqı əlaqələri hərtərəfli şəkildə müzakirə olunub, Şərqi Aralıq dənizi əsas olmaqla, bölgədəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Ərdoğan Şərqi Aralıq dənizi mövzusunda konstruktiv və ədalətli yanaşma olduğu müddətdə fikir ayrılıqlarının danışıqlar yolu ilə həll edilə biləcəyinin mümkün olduğunu vurğulayıb. Almaniyanın vasitəçilik cəhdlərini təqdir edən Türkiyə Prezidenti bu istiqamətdə atılan addımlara Yunanıstanın müsbət cavab verməsinin əhəmiyyətini qeyd edib.

Ərdoğan Türkiyənin Şərqi Aralıq dənizi məsələsində Kipr türklərinin də mənafeyini əsas götürməklə prinsipial şəkildə qərarlı və aktiv siyasət yürüdəcəyini bir daha bəyan edib. O qeyd edib ki, bu istiqamətdə keçirilən görüş bütün tərəflərin xeyrinə olacaq.

24-25 sentyabr tarixlərində Aİ liderlərinin zirvə görüşündən də müsbət gözləntiləri olduğunu bildirən Türkiyə Prezidenti gömrük, miqrantlar məsələsində də faydalı addımlar atılacağına ümid etdiyini söyləyib.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar