Quba rayonunda intihar hadisəsi baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Püstəqasım kəndində qeydə alınıb.
Belə ki, Rustov kənd sakini, 2004-cü il təvəllüdlü Ülvi Rufət oğlu Mustafayev özünü Püstəqasım kənd sakinin Sultan Yəhyayevin evinin həyətyanı sahəsində asıb.
Faktla bağlı araşdırma aparılır.
pia.az