Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Övladlarını səfərbərlikdən yayındıran məmurların adları açıqlanmalıdır" - Deputat

"Bəzi məmurların hərbi səfərbərlikdə iştirak etməmək üçün övladlarını xaricə göndərməsi barədə məlumatlar yayılır. Hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu məsələni ciddi araşdırmalıdır. Əgər belə hallar varsa, onlar aşkar edilib ortaya çıxarılmalıdır və həmin məmurların adları açıqlanmalıdır".

Bu fikirləri Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

Deputat deyib ki, hərbi səfərbərlikdən kimsə boyun qaçıra bilməz.

Onun sözlərinə görə, kimliyindən asılı olmayaraq hər kəs kimi məmur övladları da Vətən qarşısında borcunu yerinə yetirməlidir:

"Burada heç bir ayrı-seçkilik ola bilməz".

"Pikap" tipli avtomobillərin YPX postlarında saxlanılması barədə xəbərlərə də toxunan Vahid Əhmədov qeyd edib ki, həmin avtomobillərin qeydiyyata salınması tam qanuni addımdır:

"Bu barədə qanunda da qeyd olunub. Hələlik Müdafiə Nazirliyinin bu tip avtomobillərə ehtiyacı olduğu üçün onları saxlayırlar. Digər avtomobillərə ehtiyac yaranarsa, onlar da saxlanılacaq. Hətta, ehtiyac olsa, məmur övladlarının sürdüyü bahalı "cip"lər də toplanılacaq".(Demokrat.az)

pia.az


Etiket: Vahid Əhmədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar